main-post-cover

    Apple Vision Pro-nun konkret satış müddəti açıqlanıb

    Elm & Texnologiya
    20.11.2023
    Emil Nəcəfov
         Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı Vision Pro-nu iyun ayında baş tutmuş WWDC 2023 konfransında təqdim etmişdi. Təqdimat çərçivəsində şirkət qeyd etmişdi ki, Vision Pro 2024-cü ilin əvvəlində satışa çıxacaq. Lakin şirkət konkret tarixi açıqlamamışdı. Bir çoxları güman edirdilər ki, Vision Pro yanvar ayında satışa çıxacaq. Lakin görünür, yanvar ayını gözləmək lazım deyil.
         Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Vision Pro hələ satışlar üçün hazır deyil. İnsayder bildirib ki, şirkətin qarışıq reallıq cihazı bir neçə ay gecikəcək. Məlumatda qeyd edilib ki, Apple hal hazırda Vision Pro-nun satış strategiyasını hazırlayır və cihazın özünü test etməklə məşğuldur. İnsayderin fikrincə Vision Pro təqribi olaraq mart ayında satışa çıxacaq. Cihazın satışlarına ilk növbədə ABŞ-da start veriləcək. Daha sonra isə onun digər ölkələrdə satışları reallaşdırılacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
    iphone-16-ve-iphone-16-plus-ekranlari-60-hz-lik-tesvir-yenilenmesine-sahib-olacaqlar
    Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
    apple-bir-qeder-ferqli-dizayna-sahib-birinci-nesil-watch-ultra-nin-prototipini-test-edirmis
    Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək
    apple-2027-ci-ile
    Apple fərdi 5G modemini daha iki il təxirə salıb
    apple-ferdi-5g-modemini-daha-iki-il-texire-salib
    Apple iPhone 16 smartfonlarında soyutma sistemini yaxşılaşdıracaq
    apple-iphone-16-smartfonlarinda-soyutma-sistemini-yaxsilasdiracaq