Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Texnologiya
07.06.2023 PAYLAŞIM

    Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransının ən yadda qalan hissəsi oldu. İstifadəçiləri cihazın imkanları ilə yanaşı satış qiyməti də bir xeyli təəccübləndirdi. Lakin Apple Vision Pro-nun maya dəyəri əslində nə qədərdir? Wellsenn XR şirkəti Apple şirkətinin MR cihazı barəsində olan bütün məlumatları analiz edərək onun sahib olduğu komponentlərin siyahısını tərtib edib və tərtib edilmiş siyahıda komponentlərin hal hazırki bazar qiymətlərini təyin edib.

    Hal hazırda bazarda satılan digər AR cihazlardan fərqli olaraq Apple şirkətinin MR cihazı daha müasir görünür. Cihaz sözün əsl mənasında əla texniki göstəricilərə sahibdir. Lakin onun satış qiyməti hədsiz dərəcədə bahadır. Wellsenn XR şirkəti tərəfindən tərtib edilmiş siyahıya əsasən Vision Pro-nun komponentləri arasında ən baha olanları ekranlardır. Cihaz iki ədəd yüksək keyfiyyətli ekran ilə təchiz olunub.


    Hər bir ekranın qiyməti 350$ təşkil edir. MR cihazda istifadə edilən Apple M2 prosessorunun qiyməti 120$, R1 adlı köməkçi prosessorun qiynməti isə 60$-dır. Cihazın orijinal formalı gövdəsinin dəyəri 120$ qiymətləndirilir. Cihazın yığılmasının 130$-a başa gəldiyi güman edilir. Beləliklə nəticədə Vision Pro-nun maya dəyəri 1500$ təşkil edir. Təbii ki, bu qiymətə dizaynerlərin işlərinə, tədqiqatlara və s. kimi proseslərə xərclənmiş vəsaitlər daxil edilməyib.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×