
Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxıb
Elm & Texnologiya
06.06.2023
Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etdi. İndi isə bu cihazın yeni fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar MR cihazın dizaynını hərtərəfli şəkildə qiymətləndirməyə imkan verirlər. Qeyd etmək lazımdır ki, Vision Pro bazarda olan aparıcı texnologiyaları özündə birləşdirir və istifadəçiyə unikal istifadəçi təcrübəsini qazandırır. Belə ki, Vision Pro həm AR mühitdə çalışmaq imkanını verir həm də VR formatda müxtəlif kontentləri izləməni mümkün edir. Apple şirkətinin ilk qarışıq reallıq cihazı gələn ilin əvvəlində satışa çıxacaq və 3500$-a satılacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...