Logo
    main-post-cover

    Apple Vision Pro üçün hansı servislər ilə funksiyalar hazırlanır?

        Apple Vision Pro qarışıq reallıq cihazı gələn ilin əvvəlində ilk növbədə yalnız ABŞ bazarında satışa çıxacaq. Buna görə də Apple sözügedən cihazın həm hardware həm də software tərəfini təkmilləşdirmək üçün yetəri qədər zamana sahibdir. The Information saytı isə Vision Pro üçün hazırlamış olduğu və ya hazırladığı tətbiqlər ilə imkanlardan danışıb. İlk növbədə Apple idman və sağlamlıqla bağlı çoxlu sayda tətbiq ilə funksiya üzərində çalışır.
        “Şirkət əməkdaşlarının bəziləri Vision Pro ilə idman məşqlərinin edilməsi üçün Nike kimi brendlərlə əməkdaşlıq etməyi müzakirə ediblər. Keçmiş Apple əməkdaşının sözlərinə əsasən hətta təkliflərdən biri məşq velosipedindən istifadə zamanı Vision Pro vasitəsilə kontentlə qarşılıqlı əlaqəni əhatə edirdi” - deyə The Information qeyd edib.
        Bu mövzuda Apple üçün Vision Pro-dan istifadə ssenarilərinin sayı hədsiz dərəcədə çoxdur. Lakin nəzərə almaq lazımdır ki, istifadəçi cihazı baş hissəsində daşıyacaq. Cihazı artıq test etmiş jurnalistlər isə onun bir qədər ağır olduğunu söyləyiblər. Həmçinin Vision Pro-nun xarici batareyasını da unutmaq lazım deyil. Buna görə də Apple Vision vasitəsilə idman məşqləri o qədər də rahat olmaya bilər. İkinci vacib funksiya cihaz gövdəsinin alt hissəsində yerləşən kameraların insan bədənini tamamilə skan etmələri ilə bağlıdır.
        “Apple istifadəçi bədəninin tamamilə skan olunması funksiyasının hazırlanmasını hələ yekunlaşdırmayıb. Bu funksiya Vision Pro gövdəsinin alt hissəsində iki ədəd kameranın yerləşməsinin əsas səbəbidir. Məlumata əsasən Apple təmsilçiləri tətbiq tərtibatçılarına bildiriblər ki, Vision Pro satışa çıxan zaman bu funksiya hələ aktiv olmayacaq” - deyə The Information qeyd edib. 
    Paylaş
    Bənzər xəbərlər