Apple Watch Series 9 və Apple Watch Ultra 2 hansı yeniliklərə sahib olacaqlar?

Apple Watch Series 9 və Apple Watch Ultra 2 hansı yeniliklərə sahib olacaqlar?

Texnologiya
11.09.2023 PAYLAŞIM

    Artıq sabah Apple şirkəti iPhone 15 smartfon seriyasını təqdim edəcək. Lakin iPhone 15-fən əlavə olaraq şirkət həmçinin Apple Watch Series 9Watch Ultra 2 smart saatlarını təqdim etməlidir. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində sözügedən smart saatların hansı yeniliklərə sahib olacağı barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən Apple ilk növbədə öz yeni smart saatlarında istifadəçi səhhətinin monitorinqi üçün olan sensorları və komponentləri yeniləyib.

    Bu, smart saatların çalışma sürətlərinin, effektivliklərinin və istifadəçi səhhətinin müxtəlif göstəricilərinin ölçülməsi dəqiqliklərinin yüksəldilməsi üçün edilib. Qeyd etmək lazımdır ki, şirkət öz smart saatlarının son 3 nəsil versiyalarında prosessoru yeniləmirdi. İnsayder bildirib ki, şirkət bu il bu vəziyyəti dəyişmək qərarına gəlib. Belə ki, şirkətin sabah təqdim edəcəyi smart saatlar yeni prosessor vasitəsilə çalışacaqlar. Üstəlik insayder bildirib ki, yeni smart saatlara ürək göstəricilərinin ölçülməsi üçün nəzərdə tutulmuş optik sensorun yeni versiyası quraşdırılıb. Apple Watch Ultra 2 əsasən təkrar emal edilmiş materiallardan hazırlanacaq. Apple Watch Series 9-un gövdəsinin bəzi elementləri isə 3D çap vasitəsilə hazırlanacaq.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×