main-post-cover

    Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    06.06.2023
    Farid Pardashunas
        Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib. Yeni Mac Studio iki versiyada təqdim edilib. Onlardan biri M2 Max, digəri isə M2 Ultra prosessoru vasitəsilə çalışır. M1 Max vasitəsilə çalışan Mac Studio-dan fərqli olaraq M2 Max vasitəsilə çalışan Mac Studio-nun CPU tərəfi 20%, GPU tərəfi isə 50% daha sürətlə çalışır. Bununla yanaşı M2 Max vasitəsilə çalışan Mac Studio Intel prosessoru vasitəsilə çalışan istənilən ən güclü iMac-dan 4 dəfə daha sürətlə çalışır.
        M2 Ultra vasitəsilə çalışan Mac Studio-ya gəldikdə isə M1 Ultra vasitəsilə çalışan Mac Studio-dan fərqli olaraq onun CPU tərəfi 20%, GPU tərəfi isə 30% daha sürətlə çalışır. Yeni Mac Studio modellərində Wi-Fi 6EBluetooth 5.3 texnologiyalarının dəstəyi reallaşdırılıb. Bununla yanaşı onlar 192 GB-a kimi RAM yaddaşını dəstəkləyirlər və 8 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunurlar. Yenilənmiş Mac Studio-nun satışlarına gələn həftə start veriləcək. Onun qiyməti 2000$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər