Logo
    main-post-cover

    AR eynək istehsalçısı Magic Leap 461 milyon dollar investisiya aldı

    Elm & Texnologiya
    09.03.2018
    Emil
    Var olduğu 8 il ərzində şirkət ümumilikdə 2.3 milyard dollar investisiya cəlb etdi, lakin hələ də öz məhsulunu satışa çıxartmadı.
        Magic Leap adlı artırılmış reallıq eynəklərinin istehsalı ilə məşğul olan şirkət 461 milyon dollar investisiya əldə edib. Bu barədə Reuters saytı xəbər verib. İnvestisiya raundunda iştirak etmiş əsas investor isə Səudiyyə Ərəbistanın Public Investment Fund fondu olub. Yeni investisiya müqaviləsi D səviyyəli investisiya raundunu bağlayır.

        Bu raundda ümumilikdə şirkət 963 milyon dollar investisiya cəlb edib. Bundan əvvəlki 502 milyon dollarlıq investisiyanı isə şirkət keçən ilin Oktyabr ayında almışdı. 2010-cu ildə təsis edildiyi vaxtdan bəri “Magic Leap” şirkəti ümumi olaraq 2.3 milyard dollar investisiya əldə edib. Startapa investisiya yatırmış şirkətlər arasında Google”, “Alibaba Group”, “Qualcomm”, “Warner Bros”, “JPMorgan Investment Managementvə s. kimi şirkətlər var.
        Uzun müddət ərzində şirkətin artırılmış reallıq eynəkləri haqqında heç bir məlumat yox idi. Lakin keçən ilin Dekabr ayında sözügedən eynəklər ilk dəfə təqdim olundular. Təqdim olunmuş eynəklər barəsində məlumatları bu xəbərdən əldə edə bilərsiniz. Eynəklərin bu il satışa çıxması gözlənilir. Bloomberg-in məlumatlarına əsasən Magic Leap eynəkləri 1500-2000$ qiymətinə satılacaqlar.
    Paylaş
    Bənzər xəbərlər