Araşdırmala görə, havanın çirklənməsi depressiya riskini əhəmiyyətli dərəcədə artırır!
Elm & Texnologiya
12.12.2024
Farid Pardashunas
Yeni bir araşdırma hava çirklənməsinin depressiya riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya çıxarıb. Mütəxəssislər təcili tədbirlər görülməsi üçün səlahiyyətli şəxslərə çağırış ediblər.
Hava çirklənməsi, şübhəsiz ki, müasir dövrün ən böyük problemlərindən biridir. Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində müşahidə olunan bu problem, insanlarda ciddi fiziki sağlamlıq problemlərinə səbəb olur. Lakin bu, yalnız fiziki sağlamlığa deyil, həm də zehni sağlamlığa ciddi təsir edir. Yeni bir araşdırma isə bu mövzuda vacib məlumatlar təqdim edir. Harbin Tibb Universiteti və Cranfield Universitetindən elm adamlarının apardığı tədqiqat havanın çirklənməsi ilə depressiya arasındakı qorxunc əlaqəni aşkara çıxarıb. Tədqiqatın nəticələri Environment Science və Ecotechnology jurnallarında dərc edilib.
Araşdırma Çində 12 mindən çox iştirakçıdan toplanan məlumatlar sayəsində təhlil edilib. Nəticələrdə kükürd dioksid, incə hissəciklər və karbon monoksid kimi maddələr aşkarlanıb və bu maddələrin depressiya simptomları ilə əlaqəli olduğu müəyyən edilib. Bu çirkləndiricilərin birgə təsir göstərməsi isə zehni sağlamlıq üçün ciddi risklər yaratdığı qənaətinə gəlinib.
Bundan başqa, fiziki sağlamlıq problemlərinin də qismən çirklənmə ilə depressiya arasındakı əlaqəyə təsir göstərdiyi ortaya çıxıb. Mütəxəssislər nəticələrin vəziyyətin nə qədər ciddi olduğunu göstərdiyini bildirərək çirklənmənin azaldılması üçün təcili tədbirlər görülməsinə çağırış ediblər: “Nəticələrimiz həm fiziki, həm də zehni sağlamlığı yaxşılaşdırmaq üçün hava keyfiyyətini artırmağın nə qədər vacib olduğunu vurğulayır. Çirkləndiricilərin qarşısını almaq, xüsusilə orta yaşlı və yaşlı insanlar kimi daha riskli qruplarda depressiyanın ictimai sağlamlığa təsirini azalda bilər”. Dünya üzrə milyonlarla insanın havanın çirklənməsinə məruz qaldığını və buna görə sağlamlıq problemləri yaşadığını bilirik. Zehni problemlərin riskinin yüksək olması isə daha qorxunc nəticələrə səbəb ola biləcəyini göstərir. Bu səbəbdən zəruri addımların dərhal atılması vacibdir.
Linki kopyala
depression
elmi xeber
elmi araşdırma
Scientific news
science
science news
elmi xeberler
air pollution
hava cirklenmesi
depresiya
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar yeni bir insan növünə aid kəllə sümüyü müəyyən ediblər!
Tədqiqatçılar yeni bir insan növünə aid kəllə sümüyü müəyyən ediblər!
Tədqiqatçılar Çinin bir bölgəsində rast gəldikləri çox böyük kəllə sümüyü əsasında, "böyük baş" mənasını verən və Homo juluensis adlandırdıqları yeni bir qədim insan növünü müəyyən ediblər.
Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!
Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!
Alimlər günəş işığı və sudan bərpa olunan hidrogen yanacağı istehsal etmək üçün yeni bir metod kəşf ediblər. Hələlik yalnız erkən prototip reaktor qurulsa da, bu texnologiyanın potensialı böyükdür.
Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!
Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!
ABŞ-da elm üzrə təhsil proqramına qatılan bir orta məktəb şagirdi qaz nəcisi üzərində apardığı araşdırmada xərçənglə mübarizə aparmağa qadir bir birləşmə aşkar edib.
Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!
Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!
Sibir bölgəsinin donmuş torpaqları indiyə qədər bir çox canlının cəsədlərinə ev sahibliyi edib və etməkdə davam edir. Alimlər bu bölgəni araşdırdıqca, hələ də kəşf edilməmiş canlı qalıqlarına rast gəlirlər.
Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
Yeni aparılan bir araşdırma NREM yuxusunun idrak performansını necə artırdığını ortaya qoyub. Elektrik stimulyasiyası ilə yuxusuz vəziyyətdə də bu faydanı əldə etmək mümkündür.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!