
ARM öz fərdi gaming videokartı üzərində çalışır
Elm & Texnologiya
20.08.2024
Emil
Mobil prosessorların layihələşdirilməsi ilə tanınan ARM şirkəti özü üçün tamamilə yeni olan bir sahəyə daxil olmağa hazırlaşır. Belə ki, kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən ARM öz fərdi gaming videokartını təqdim etməklə bu sahənin nəhəngləri olan NVIDIA və AMD ilə rəqabət aparmaq niyyətindədir. Məlumatda qeyd edilib ki, ARM-in İsrail üzrə şöbəsi mikrosxemlərin və proqram təminatının hazırlanmasında ixtisaslaşmış minimum 100 nəfər yeni mühəndisi özünə cəlb edib.
Güman olunur ki, onlar istehlakçılar üçün nəzərdə tutulmuş qrafik prosessorun layihələşdirilməsi ilə məşğul olacaqlar. Yəni söhbət, gaming videokartından gedir. ARM texniki cəhətdən GPU sahəsində yeni oyunçu deyil. Belə ki, şirkətin portfoliosuna mobil cihazlar üçün nəzərdə tutulmuş Mali və Immortalis adlı qrafik çiplər daxildirlər. ARM-in potensial gaming videokartının texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Çox güman ki, hal-hazırda şirkətin bu yeni məhsulu ilkin hazırlanma mərhələsindədir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
