main-post-cover

    ARM şirkəti 32 bit-lik mobil tətbiqlərin dəstəklərinin nə zaman dayandırılacağını söyləyib

    Elm & Texnologiya
    08.10.2020
    Emil Nəcəfov
        Hardware software tərtibatçılar üçün keçirilmiş ARM DevSummit 2020 konfransı çərçivəsində ARM şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessor nüvələri barəsində vacib bəyanat verib. Şirkətin bəyanatına əsasən məşhur prosessorların aktual modelləri yaxın gələcəkdə 32 bit-lik əməliyyat sistemləri ilə tətbiqlərin dəstəyindən məhrum olacaqlar. Bu barədə Androidauthority saytı xəbər verib. Şirkət təmsilçilərinin sözlərinə əsasən yeni ARM Cortex-A nüvələri 2022-ci ildən başlayaraq 32 bit-lik tətbiqləri dəstəkləməyəcəklər.
        Mühəndislərin sözlərinə əsasən yeni arxitekturaya keçid öz növbəsində tətbiqlərin, oyunların və əməliyyat sistemlərinin performanslarını 20% yüksəldəcək. Bununla yanaşı tərtibatçılar bir tətbiqin iki versiyasını hazırlamalı olmayacaqlar. Bu isə bir tətbiq üçün olan yenilənmələrin daha tez təqdim olunmasına şərait yaradacaq. Hələ keçən ilin avqust ayından Google şirkəti Google Play-də yayımlanan tətbiqlərin 64 bit-lik olmalarını tələb edir. ARM qeyd edib ki, hal hazırda Android üçün olan tətbiqlərin 60%-i məhz 64 bit-lik tətbiqlərdir. Android-in özü isə bu arxitekturanı hələ 2014-cü ildən dəstəkləyir. 
    Linki kopyala