
Artıq 5 ildən sonra HDD-lər heç kimə lazım olmaya bilərlər
Elm & Texnologiya
12.05.2023
Emil
Pure Storage şirkətinin tədqiqat və inkişaf üzrə vitse-prezidenti Shawn Rosemarin-in proqnozuna əsasən 2028-ci ildə HDD-lər artıq təkcə məlumatların emalı ilə məşğul olan mərkəzlər üçün deyil, hətta ümumilikdə biznes üçün də öz əhəmiyyətlərini itirəcəklər. Bununla belə Rosemarin qeyd edib ki, HDD trendinin aradan qalxmasının əsas səbəblərindən biri onların çalışma sürətləri olmayacaq. Rosemarin bildirib ki, 2028-ci ildən sonra HDD-ləri artıq heç kim almayacaq.

Bu cür aqibətin əsas səbəbləri kimi terabaytlıq flash yaddaşların maya dəyərlərinin aşağı düşməsi və elektrik enerjisinin qiymətinin yüksəlməsi çıxış edəcəklər. Hal hazırda dünyanın elektrik enerjisi sərfiyyatının 3%-i məhz məlumatların emalı mərkəzlərinə aiddir. Bu göstəricinin 1/3 hissəsini isə məhz HDD-lər öz üzərlərinə götürürlər. Rosemarin qeyd edib ki, məlumatların emalı mərkəzlərinin nəticədə SSD-lərə keçid etmələri onların enerji sərfiyyatlarını 80-90% aşağı sala bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
