main-post-cover

    Avropa Birliyi Facebook'a qarşı istintaqa start verdi

    Elm & Texnologiya
    04.10.2018
    Farid Pardashunas
        Məlumatların qorunması üzrə İrlandiya komissiyası 50 milyon Facebook istifadəçisinin məlumatlarının oğurlanmasından sonra şirkətə qarşı istintaqa start verdiyini bildirdi. Avropa Birliyinin bu nizamlayıcı orqanı sosial şəbəkənin bu ilin May ayında qüvvəyə minmiş Məlumtların qorunması üzrə ümumi reqlament (GDPR) qanununun qaydalarına əməl olunmasını yoxlayacaq. İstintaq çərçivəsində komissiya emal olunan özəl məlumatların təhlükəsizliyi üçün şirkət tərəfindən olan texniki və təşkilati tədbirlərə əməl olunub-olunmaması yoxlanılacaq.
        Facebook isə öz növbəsində daxili istintaqını davam etdirir və istifadəçilər üçün yarana biləcək potensial riskləri aradan qaldırmağa çalışır. Qeyd etmək lazımdır ki, 50 milyon Facebook istifadəçisinin məlumatlarını oğurlamış hackerlər kənar saytların məlumatlarını əldə edə bilməyiblər. Yəni Facebook hesabı ilə digər servislərə daxil olan istifadəçilərin həmin servislərdəki məlumatları toxunulmaz olaraq qalıb. Əgər komissiya Facebook-un əleyhinə qərar çıxartsa, şirkət 1.6 milyard dollar cərimə ödəməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər