main-post-cover

    Avropa Birliyi Huawei şirkətinin 5G şəbəkələrinin inşasında iştirakını qadağan etməyi müzakirə edir

    Elm & Texnologiya
    07.06.2023
    Farid Pardashunas
        Brüssel Avropa Birliyinə üzv olan bəzi ölkələrin 5G şəbəkələrini inşa edən şirkətlərə qarşı heç bir tədbir görmədikləri səbəbilə yaranmış narahatlığını dilə gətirib. Bu məsələdə ilk növbədə Huawei şirkəti qeyd edilib. Verilmiş məlumata əsasən üzv ölkələrindəki infrastruktur layihələrdə bu cür şirkətlərin məcbur şəkildə qadağan edilməsi məsələsi Avropa Birliyində müzakirə edilir. Məlumatda qeyd edilib ki, 2020-ci ildə yüksək risk səviyyəsinə sahib şirkətlərin texnoloji layihələrdə iştirak etmələrinin qadağan edilməsi üzrə qəbul edilmiş tövsiyyələrə baxmayaraq ölkələrin yalnız 1/3 hissəsi 5G şəbəkələrinin kritik vacib elementlərinin Huawei-yə təqdim edilməsindən imtina edib.
        2020-ci ildə qəbul edilmiş tövsiyyələr özlərində sertifikatlaşdırma kriteriyalarından tutmuş təchizatçıların şaxələndirilməsinə kimi məhdudlaşdırıcı tədbirləri birləşdirirlər. Həmin tövsiyyələr birbaşa qadağa imkanına sahib deyillər. Lakin məlumata əsasən əgər Almaniya da daxil olmaqla Avropa Birliyinin digər üzv ölkələri sərt məhdudiyyətlərin tətbiq edilməsini təxirə salsalar, Brüssel onları bunu etməkdə məcbur edə bilər.
        Huawei isə öz növbəsində bildirib ki, o, kibertəhlükəsizlik məsələlərinin siyasiləşdirilməsinə qarşıdır və məsələnin texnoloji tərəfinə nəzər yetirmədən İT iştirakçıların infrastruktur layihələrindən kənarlaşdırılması halı Avropa Birliyinin və ona üzv olan ölkələrin normalarını pozur. Hələ bir neçə müddət bundan öncə Vaşinqton Huawei şirkətini ABŞ şirkətlərinin texnologiyalarının oğurlanmasında və FBI-ya yalan məlumatların təqdim edilməsində günahlandırmışdı. ABŞ öz müttəfiqlərindən şirkətə kritik vacib kommunikasiya infrastrukturunun təqdim edilməməsini istəyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər