Avstraliyalı məktəbli Apple şirkətinin serverlərini hack edib
Elm & Texnologiya
16.08.2018
Farid Pardashunas
Avstraliyadan olan məktəbli mütəmadi olaraq Apple şirkətinin
serverlərinə kiberhücumlar edirdi. Nəticədə bu məsələyə son qoymaq üçün
Apple şirkəti FBI-ya müraciət etməli oldu. Məktəblinin sonuncu kiberhücumu
olduqca uğurlu reallaşdırılıb. Belə ki, həmin məktəbli sonuncu kiberhücum
zamanı şirkət serverlərindən 90 GB həcmində qorunan məlumatlar və şirkət müştərilərinin
hesablarını əldə edib. Sadalanmış fayllar məktəblinin evindəki kompüterdə
axtarış zamanı aşkar edilib. Fayllar “Hacky hack hack” adlı qovluqda
saxlanılırdı. Nəticədə polislər məktəblinin əlindən 2 Apple noutbooku, smartfon
və sərt disk alıblar.
Melburndan olan məktəbli, hackerlər cəmiyyətində olduqca
yaxşı tanınır. O bildirib ki, Apple şirkətinin böyük pərəstişkarı olduğu üçün
şirkət serverlərini hack edib. Avstraliya polisi FBI-dan gələn sorğudan sonra məktəbli
ilə maraqlanmağa başlayıb. İstintaq nəticəsində məlum olub ki, məktəbli Apple məlumatlarının
əldə olunması üçün ideal şifrələyici açarlardan istifadə edib. Şirkət isə öz
növbəsində bu kiberhücum çərçivəsində hansı məlumatların əldə olunduğu barədə məlumatın
gizli saxlanmasını tələb edib. Belə ki, şirkət konfidensiallığın qorunmasına
böyük önəm verir. Cavan hacker isə öz günahını etiraf edib və onun barəsində
yekun qərar məhkəmə tərəfindən 1 ay ərzində veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək