main-post-cover

    Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əməkdaşlığa başlayıb

    Elm & Texnologiya
    26.01.2021
    Farid Pardashunas
        Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtonom sistemli avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung şirkəti Tesla ilə əməkdaşlığa başlayıb. Gözləntilərə əsasən avtomobillər üçün nəzərdə tutulmuş yeni nəsil prosessorlar aparıcı texnoloji proses əsasında hazırlanacaqlar və köhnəlmiş prosessor modellərini əvəz edəcəklər. Sözügedən əməkdaşlıq çərçivəsində yaradılacaq prosessorların texniki özəllikləri barəsində bir məlumat yoxdur.
        Məlum olan odur ki, həmin prosessorlar 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaqlar. Qeyd etmək lazımdır ki, Samsung artıq Tesla üçün bir kristallı çiplərin istehsalı ilə məşğul olur. Lakin hal hazırda istehsal olunan prosessorlar 14 nanometrlik texnoloji proses əsasında hazırlanırlar. Samsung son zamanlar avtomobil bazarına çox diqqət ayırır. Samsung-un avtomobillər üçün yeni prosessorunun nə zaman istehsal olunacağı və onların Tesla elektromobillərinə nə zaman inteqrasiya ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər