Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Elm & Texnologiya
19.09.2024
Farid Pardashunas
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Bu yenilik, NASA-nın Artemis proqramının əsas məqsədlərindən biri olan insanların Ayda uzunmüddətli mövcudluğunu dəstəkləmək üçün oksigenin kütləvi istehsalını hədəfləyir. Sierra Space-in CEO-su Tom Vice vurğulayıb ki, bu inkişaf, Apollon proqramından fərqli olaraq missiyaya Ayda daimi mövcudluq yaratmağa imkan verəcək. "Apollo proqramı bizi Aya apardı, Artemis isə orada qalmağımızı təmin edəcək" deyən Vice, bu davamlı gələcəyin yerli təbii resurslardan istifadə edərək oksigen istehsal edə bilən texnologiyaların inkişaf etdirilməsi ilə başladığını bildirib.
Avqust ayında keçirilən sınaqlarda Sierra Space oksigen çıxarma sistemləri, 2 həftə ərzində Johnson Kosmik Mərkəzindəki termal vakuum kamerasında simulyasiya edilmiş Ay torpağında çalışdırılıb. Ayın su buzları ilə örtülmüş cənub qütb bölgəsinə bənzər şəraitdə aparılan sınaqlar, karbotermal reduksiya reaksiyası sayəsində reqolitdən oksigeni müvəffəqiyyətlə çıxarılmasını təmin edib. Sierra Space-in obyektlərində hazırlanmış bu sistem, Ayda uzunmüddətli insanların məskunlaşması və gələcək kosmos tədqiqi üçün mühüm addım kimi qiymətləndirilir. Şirkətin kosmik infrastruktur komandası, kosmosda genişləndirilə bilən modullar və qida istehsalı sistemləri kimi qabaqcıl texnologiyalar üzərində işləyərək bu infrastrukturu Ayda istifadəyə yararlı bir hala gətirməyi hədəfləyir.
Reaktorun sınaqdan keçirildiyi temperatur diapazonu -45 dərəcə Selsi ilə 1800 dərəcə arasında dəyişib. Həmçinin, sistemin aşındırıcı və kəsici Ay torpağını uğurla emal etməsi tələb olunurdu. Sierra Space-in patentli klapan dizaynı, 10.000-dən çox dövr ərzində öz funksionallığını qoruyaraq saxlaya bilib. Testlər, Sierra Space-in sisteminin bir robot qolu və ya Ay gəzən vasitə tərəfindən gətirilən reqoliti emal etmək və avtomatik olaraq reaksiyaya otağına daşımaq qabiliyyətinə sahib olduğunu təsdiqləyib. Sistem, daha sonra reqoliti tərkibindəki minerallardan oksigen çıxarmaq üçün karbotermal reduksiya reaksiyası prosesini həyata keçirə bilir və prosesi təkrarlamaq üçün emal olunmuş reqoliti sistemdən çıxara bilir.
Sierra Space-in inkişaf etdirdiyi bu texnologiya, Ayın təbii resurslarından istifadə edərək Yer kürəsindən gətirilən materiallara olan asılılığı azaltmağı hədəfləyir. Oksigen təkcə nəfəs almaq üçün deyil, həm də raket yanacağı kimi istifadə edilə bilər. Bu, Ayda daimi insan varlığını təmin etməklə yanaşı, Mars kimi uzaq planetlərə ediləcək missiyaların xərcini azaltmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Linki kopyala
moon
ay
ay planeti
elmi xeber
Scientific news
space news
science
science news
elmi xeberler
nasa
cosmic news
sierra space
nasa apollon
nasa artemis
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Çinin Chang'e-6 adlı aparatı Ayın qaranlıq tərəfindən yığılmış süxur nümunələrini iyun ayının sonunda uğurlu şəkildə Yer kürəsinə çatdırmışdı.
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəlikdən gələn qorxulu səsi eşidilə bilən hala gətirib.
Kosmosun qoxusu nəyə bənzəyir?
Kosmosun qoxusu nəyə bənzəyir?
“Kosmosun qoxusu nəyə bənzəyir?” sualı uzun illərdir maraq doğurur. Sual bir neçə dəfə və müxtəlif astronavtların şərhləri ilə müzakirə olunan mövzuya çevrilib. Ancaq bir müddətdir Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 2 astronavt bu məsələ ilə bağlı aktual şərhlərini paylaşıb.
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yupiterin peyklərində həyat axtarışına başlayan Juice adlı kosmik gəmi, üzərindəki alətləri ilə Yerin yaşamaq üçün əlverişli olduğunu təsdiqləyib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!