Ayda hələ də aktiv vulkanlar ola bilər!
Elm & Texnologiya
11.09.2024
Farid Pardashunas
Çinin Aydan nümunələr toplayıb, Yerə gətirən tarixi Chang'e 5 missiyasından əldə edilən məlumata görə, elm adamları Ayda hələ də aktiv vulkanların ola biləcəyini düşünürlər.
Alimlər bir müddətdir ki, Ayın keçmişində artıq vulkanik fəaliyyətin olduğunu bilirdilər. Ancaq bu fəaliyyətlərin ən son 3-3.8 milyard il əvvələ aid olduğu düşünülürdü. Çinin Chang'e 5 missiyası, Ayın daha yaxın keçmişdə vulkan püskürmələri yaşadığına dair sübutlar təqdim edir. Lakin Chang'e 5-in gətirdiyi dəlillər, Ayın vulkanik fəaliyyətinin daha yaxınlarda, təxminən 123 milyon il əvvəl yaşandığını ortaya qoymuş oldu. Bu yeni kəşf, Çin Elmlər Akademiyasından Bi-Wen Wang və Qian Zhang-ın rəhbərlik etdiyi bir qrup tərəfindən ətraflı təhlil və uran-qurğuşun tarixləndirilməsi nəticəsində aşkar edilmişdir.
Kosmik miqyasda bu, 123 milyon il əvvəl, yəni demək olar ki, "dünən" baş vermiş bir hadisə kimi qiymətləndirilir. Bu, Ayın yarandığı gündən bəri davamlı olaraq vulkanik aktivliyə malik ola biləcəyini və bu fəaliyyətin bu gün də davam edə biləcəyini göstərir. Bu kəşf, Ayın tamamilə “ölü” göy cismi olmadığına dair güclü ipucu verir. Chang'e 5 tərəfindən toplanan 1.7 qram Ay torpağında tapılan yalnız 3 kiçik şüşə muncuq, bu vulkanik fəaliyyətlərin ən konkret sübutu kimi diqqəti cəlb edir. Ölçüsü 20-400 mikron arasında olan bu muncuqlar, vulkanik lava fontanları nəticəsində əmələ gəlmiş ola bilər. Belə muncuqlar əvvəllər də Ayda tapılıb, lakin onların hamısının tarixi milyardlarla il əvvələ təsadüf edib. Şüşə muncuqlar və ya dənəciklər deyə biləcəyimiz bu parçalar, meteorit zərbəsi nəticəsində də əmələ gələ bilər. Bununla belə, tədqiqatçılar yeni tapıntıların vulkanizmə aid olduğunu bildirirlər. Nümunələr həmçinin asteroidin zərbəsi nəticəsində yaranan hissəcikləri də ehtiva edir.
Bu yeni tapıntılar, Ayın daxili quruluşu ilə bağlı modellərin yenidən qiymətləndirilməsinin lazım olduğunu ortaya qoyur. Ay, 4.5 milyard il əvvəl meydana gəldiyindən onun daxili quruluşu soyumalı və vulkanik fəaliyyətlər sona çatmalı idi. Lakin bu vulkanik şüşə muncuqlar Ayın hələ də yerli istilik mənbələrinə malik ola biləcəyini göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, bu şüşə muncuqlarda yüksək miqdarda nadir torpaq elementləri və torium var. Bu elementlər, radioaktiv parçalanma vasitəsilə istilik yarada bilər ki, bu da Ayın mantiyasında lokallaşdırılmış qayaların əriməsinin kiçik vulkan püskürmələrinə səbəb ola biləcəyini göstərir.
Bu kəşflər, həm də Ayda potensial vulkanik fəaliyyətlə bağlı bir çox yeni suallar doğurur. Ancaq bu suallardan ikisi çox kritikdir. Birincisi, bu vulkanizm bu gün aktiv ola bilərmi? Ay vulkanizmi hələ də mövcuddursa, gələcək astronavtların Ayda bazalar quraraq enerjisindən istifadə etmələri mümkündürmü? Bu suallara hələ qəti cavab verilməsə də, indi bir şey aydındır: Ay düşündüyümüz qədər “ölü” deyil. Vulkanik fəaliyyətlər bəlkə də hələ də Ayın səthində zaman-zaman baş verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ay bazası üçün kosmosda Ay torpağından hazırlanmış kərpiclər sınaqdan keçiriləcək!
Ay bazası üçün kosmosda Ay torpağından hazırlanmış kərpiclər sınaqdan keçiriləcək!
Çinin kosmik proqramı, tam sürətlə işləməyə davam edir. İndi tədqiqatçılar, Ayda yerli materiallardan hazırlanmış kərpiclərin ekstremal mühitlərə necə tab gətirəcəyini araşdırmaq istəyirlər.
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib. Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
Astronomlar, çoxdan düşünürdülər ki, bizim öz qalaktikamız olan Süd Yolu, bir neçə milyard ildən sonra qonşu Andromeda qalaktikası ilə toqquşacaq. Yeni araşdırma isə bu fikirlə razılaşmır.
Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər
Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər
Çinli alimlər gələcəkdə Ayda olacaq yaşayış məntəqələrinin su problemlərini həll edəcək vacib kəşfi ediblər.
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Qara dəliklər kainatın ən sirli hadisələrindən biri olmaqda davam edir. Bəs bir ulduz qara dəliyə düşərsə nə baş verər? Alimlər, baş verə biləcək hadisələri video vasitəsilə paylaşıblar.
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!