Logo
    main-post-cover

    Aydakı potensial bazanın inşasında robotlar iştirak edəcəklər

    Elm & Texnologiya
    21.04.2025
    Emil
         NASA HEBI Robotics şirkəti qüvvələrini birləşdirərək Ayda bazalar inşa edəcək robotlar hazırlayırlar. Bu prosesin artıq 2030-cu ilə qədər gerçəkləşməsi planlaşdırılır. Robotlar insan müdaxiləsi olmadan işləyə biləcəklər. Onlar Ay səthindəki torpaqdan (reqolit) istifadə edərək evlər və digər tikililər inşa edəcəklər. Layihənin adı ARC-LSI-dir və onun əsas məqsədi Ayda tikinti üçün texnologiyaların hazırlanmasıdır. Robotlar modul evlər, peyklər və teleskoplar yığacaqlar. HEBI Robotics bu məqsədlə özünün modullu sistemlərindən - robotların işini sürətləndirən hazır həllərdən - istifadə edir. Şirkət artıq kosmosda bu cür konstruksiyaların qurulması sahəsində təcrübəyə malikdir.
         Planlaşdırılır ki, robotlar tamamilə avtonom işləyəcəklər. Onlar özləri tapşırıqları planlaşdırmaq imkanına malik olacaqlar. Onlarda bir neçə robotun birlikdə, tandemdə işləməsinə imkan verən çoxagentli sistem olacaq. Robotlar resurslar çıxaracaq və enerji təmin edəcəklər. NASA istəyir ki, insanlar 2040-cı ilə qədər Ayda yaşaya bilsinlər. Bunun üçün isə etibarlı infrastruktur tələb olunur. Bu baxımdan robotlar xüsusi əhəmiyyət kəsb edirlər. 2026-cı ildə bu robotların prototipləri Yer üzərində, Ay şəraitinə yaxın mühitdə sınaqdan keçiriləcək. Layihənin uğuru texnologiyalardan asılıdır. Lakin beynəlxalq dəstək də mühüm rol oynayır. NASA artıq digər ölkələrlə əməkdaşlıq edir - məsələn, “Artemis” adlı Ay proqramında Avropa, Yaponiya və Kanada iştirak edir.
    Paylaş
    Bənzər xəbərlər
    huawei-dunyanin-ilk-10-gbit-suretli-internetini-istifadeye-verib
    Elm & Texnologiya

    Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib

    Çində ilk dəfə olaraq bir şəhər təxminən 10 000 Mbit/s sürətində olan genişzolaqlı internetə keçid edib. Bu uğura paytaxt Pekinin ətrafında yerləşən Syun’an adlı yaşayış məntəqəsi nail olub.
    cin-yer-ile-ay-arasinda-ilk-peyk-esasli-rabite-ve-naviqasiya-sistemini-yaradib
    Elm & Texnologiya

    Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb

    Çin Yer və Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq.
    cinde-insanlarin-ve-robotlarin-istiraki-ile-yarimarafon-kecirilib-video
    Elm & Texnologiya

    Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)

    Pekində yerləşən İçjuan texniki-iqtisadi inkişaf zonasında keçən həftənin şənbə günü dünyada ilk dəfə olaraq həm insanların, həm də robotların iştirak etdikləri yarımarafon keçirilib.
    nike-isitme-sistemine-sahib-agilli-idman-ayaqqabisini-teqdim-edib-qiymeti
    Elm & Texnologiya

    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ

    Nike, idman avadanlıqları istehsalçısı Hyperice ilə tərəfdaşlıq çərçivəsində yeni nəsil ağıllı geyim - Nike x Hyperice idman ayaqqabısını və jiletini təqdim edib. Bu məhsulların məqsədi məşqlərin effektivliyini artırmaq, idmançıların bərpasını sürətləndirmək və onları fiziki aktivliyə başlamazdan əvvəl hazırlamaqdır.
    abs-in-hava-hucumundan-mudafie-sistemi-ile-elon-musk-ve-digerleri-mesgul-ola-biler
    Elm & Texnologiya

    ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər

    ABŞ Prezidenti Donald Trump hakimiyyətinin əvvəlində bəyan etmişdi ki, raket zərbələri ölkə üçün ən ciddi təhdiddir və onların qarşısını almaq üçün ABŞ ərazisinin tamamı İsrailin hava hücumundan müdafiə sisteminə bənzər “Qızıl Qübbə” ilə əhatə olunmalıdır.