Azərbaycan kibertəhlükəsizlik reytinqində 55 pillə yüksəlib
Elm & Texnologiya
01.06.2026
Farid
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu məsələ Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən müzakirələrdə diqqət mərkəzində olub.
Technote.az xəbər verir ki, e-Governance Academy tərəfindən hazırlanan National Cyber Security Index (NCSI) əsasında ölkələrin kibertəhlükəsizlik hazırlıq səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə 3 indikator və 12 əsas meyar üzrə aparılıb.
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyevin sözlərinə görə, indeksin əsaslandığı bütün göstəricilər ayrıca təhlil edilib. Təhlillər Azərbaycanın indeks üzrə nəticələrinin yaxşılaşdığını göstərib.
Son reytinq nəticələrinə əsasən, Azərbaycan 2023-cü illə müqayisədə 55 pillə irəliləyib. Ölkə 145 dövlət arasında 31-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlində ABŞ 30-cu, Birləşmiş Ərəb Əmirlikləri 32-ci, Koreya Respublikası 33-cü, Yaponiya 35-ci və Niderland 36-cı yerdə yer alıb. Azərbaycan bu ölkələrlə yaxın mövqedə qərarlaşıb.
Paylaş
Bənzər xəbərlər