main-post-cover

    Bir sıra şəxs yeni aldıqları iPhone X-ləri geri qaytardılar

    Elm & Texnologiya
    07.11.2017
    Farid Pardashunas
    3 Noyabr tarixində çoxdan gözlənilən iPhone X satışa çıxdı və dünyada bir çox alıcılar ön sifariş etdikləri bu modeli ilk əldə edənlərdən oldular.
    Lakin sonradan internetdə yeni model ilə bağlı fikirlər yayılmağa başladı və onlar heç də müsbət fikirlər olmadı. PhoneArena saytı onlardan bir neçəsini seçib. iPhone X-i alıb və daha sonra onu mağazaya geri qaytaran istifadəçilərdən biri qeyd edib ki, ekranın üst hissəsindəki şəffaf olmayan hissə, smartfondan istifadə zamanı ona maneəçilik törədib və üstəlik komplektdə naqilsiz şarj sisteminin olmaması onu məyus edib. Buna görə də o, iPhone X-i aldığı mağazaya geri qaytarıb.
    “Apple şirkətinin böyük pərəstişkarı olmağıma baxmayaraq, hətta mən də iPhone X-də məyus olmuşam. Mən onu cümə günü almışam və bugün (bazar günü) mağazaya qaytarmışam. Ekranın üzərində olan qara hissə çox qıcıqlandırıcıdır. OLED panel mənim iPhone 6S Plus modelimdəki LCD paneldən heç də yaxşı deyil. Ekranda yetərincə yerin olmaması ucbatından şarj faizi göstəricisinin olmaması, qıcıqlandırıcı jest idarəetməsi və s. Smartfonun yeganə maraqlı özəlliyi onun animasiyalı emodjilərə sahib olmasıdır. Standart komplektdə həmçinin naqilsiz şarj cihazı da yoxdur. Bu da məni çox məyus etdi. Beləliklə mən öz operatoruma gedərək bu modeli qaytaran ikinci şəxs oldum” – deyə apple-rulz ləqəbli istifadçi bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər