Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
Elm & Texnologiya
26.11.2024
Farid Pardashunas
Alimlər qlobal karbon emissiyalarının və urbanizasiyanın sürətlə artdığı bu dövrdə, şəhər mühitini qorumaq və dayanıqlı həllər yaratmaq üçün daim çalışırlar. Bu səylərin nəticəsi olaraq bir universitet tələbəsi oksigen istehsalını təqlid edən bir material yaratmağı bacarıb.
Böyük Britaniyada Kral İncəsənət Akademiyasının məzunu olan Julian Melchiorri adlı bir tələbə, yarpaqların fotosintez yolu ilə oksigen istehsal etmə prosesini təqlid edən ipəkdən bir material üzərində işləyərək onu inkişaf etdirməyi bacarıb. İpək yarpaq adlandırılan bu material, ipək proteinindən hazırlanmış bir matrisdən, başqa sözlə, çoxsaylı bioloji proseslərin baş verdiyi cansız maye mühitin içinə yerləşdirilmiş xloroplastlardan, yəni fotosintez prosesini həyata keçirən orqanoidlərdən ibarətdir.
Lakin ipək yarpaq, həqiqi yarpaqlar kimi qida istehsal edə bilmir. Bu məhdudiyyət, süni yarpağın digər bioloji funksiyaları təqlid etmək üçün daha da inkişaf etdirilməli olduğunu göstərir. Bundan əlavə, ipək yarpaq yüngül və az enerji sərf etməsi səbəbindən Mars kimi bəzi planetlərdə koloniyalar qurulması prosesində və uzunmüddətli kosmik missiyalarda astronavtlara oksigen mənbəyi kimi dəstək ola bilər. Bu ipək yarpağın başqa bir tətbiq sahəsi şəhər əraziləri ola bilər. Onun yaradıcısı Julian Melchiorri, bu materialın xüsusilə bina fasadlarında və havalandırma sistemlərində istifadə edilərək şəhərlərdə hava keyfiyyətini artırmağa kömək edə biləcəyini qeyd edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!
Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!
Yeni bir araşdırma, təzyiq dərmanı rilmenidinin heyvanlarda ömrü uzada biləcəyini və sağlamlıq göstəricilərini yaxşılaşdıra biləcəyini ortaya çıxarıb.
Elm adamları 36 il əvvəl ölən heyvanın toxumasından yeni balalar əldə edə biliblər!
Elm adamları 36 il əvvəl ölən heyvanın toxumasından yeni balalar əldə edə biliblər!
Alimlər 36 il əvvəl ölmüş, lakin çoxalma qabiliyyəti olmayan bir gəlinciyin toxumasından yeni balalar əldə etməyi bacarıblar.
Alimlər nadir və ölümcül dəri xəstəliyini ilk dəfə müalicə edə biliblər!
Alimlər nadir və ölümcül dəri xəstəliyini ilk dəfə müalicə edə biliblər!
Alimlər ölümcül immun xəstəlik olan layella sindromu (Toxic Epidermal Necrolysis - TEN) üçün ümidverici bir müalicə üsulu tapa biliblər.
Alimlərin fikrincə ağcaqanadlardan peyvənd daşıyan vasitə kimi istifadə oluna bilər!
Alimlərin fikrincə ağcaqanadlardan peyvənd daşıyan vasitə kimi istifadə oluna bilər!
Alimlər ağcaqanadlardan peyvənd çatdırılma vasitəsi kimi istifadə etməyi bacarıblar. Genetik olaraq dəyişdirilmiş parazitlərlə aparılan tədqiqatda 90%-ə qədər uğur əldə edilib.
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
James Webb Kosmik Teleskopu kainatın ilkin dövrlərindəki təəccüblü “Qırmızı Canavarlar”ı ortaya çıxarıb. Bu kəşf, kainat modellərini kökündən dəyişir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!