
BlackBerry brendi satın alındı
Elm & Texnologiya
07.05.2017
Farid
Çinin "TCL Corporation” şirkəti BlackBerry smartfon brendini aldı.
Bundan sonra məhz sözügedən şirkət, BlackBerry brendi adı
altında mobil telefonları istehsal edəcək. "BlackBerry” şirkəti isə öz növbəsində
təhlükəsizlik üzrə proqram təminatının yaradılmasında diqqətini cəmləyəcək. "BlackBerry”
hələ bu ilin Sentyabr ayında smartfon istehsalından imtina etmək qərarını
verdi. Həmin vaxtda şirkət bildirdi ki, BlackBerry brendi altında smartfonlar
isə tərəfdaş şirkətlər tərəfindən istehsal ediləcək. Şirkət özü isə prqram təminatının
hazırlanması ilə məşğul olacaq. Mütəxəssislərin qiymətləndirmələri nəticəsində
məlum olub ki, bu ilin payız fəslində BlackBerry brendli smartfonlar bazarın
0.1% hissəsinə sahib olublar. Şirkətin özü isə ikinci rübdə 372 milyon dollar zərər
edib. Qeyd etmək lazımdır ki, bir müddət öncə "TCL Corporation” şirkəti həmçinin Alcatel brendini də almışdır.
Paylaş
Bənzər xəbərlər