
"BlackBerry"nin yeni smartfonu BlackBerry KEYone rəsmi olaraq təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
"BlackBerry şirkəti rəsmi olaraq BlackBerry KEYone adlı yeni smartfonunu təqdim etdi.
Yeni model artıq hamıya tanış olan ənənəvi fiziki QWERTY klaviatura özəlliyi ilə tendensiyanı davam etdirir. BlackBerry KEYone-nun
korpusu, metal çərçivənin üzərində plastik materialdan ibarətdir. Onun ekranını
isə bilinməyən materialdan hazırlanmış şüşə örtük qoruyur. Smartfon özündə həm USB Type-C, həmdə 3.5 mm-lik audiogirişi birləşdirir. BlackBerry KEYone-nın QWERTY
klaviaturası çox maraqlıdır. Belə ki, o fiziki klaviatura olmaqla yanaşı, həmdə
sensorludur. Barmağı klavituraya toxunduranda, ekrandakı səhifələri çevirmək, mətn
yazarkən sözləri seçmək və jestlərdən istifadə etmək olar. Texniki göstəricilərə
gəldikdə isə smartfon, 4.5 inç IPS ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM,
32 GB daxili yaddaş (microSD özəllikli), 3505 mAh enerji tutumlu batareya
(Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 12 MP-lik
arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat
sistemi vasitəsilə çalışır. BlackBerry KEYone-nı artıq 549$ qiymətinə ön
sifariş etmək olar. Onun satışları isə Aprel ayının əvvəlində start götürəcək.
Paylaş
Bənzər xəbərlər