Blockchain əsaslı kriptopişiklər adi maliyyə dünyasından daha çox gəlir gətirir

Blockchain əsaslı kriptopişiklər adi maliyyə dünyasından daha çox gəlir gətirir

Texnologiya
14.12.2017 PAYLAŞIM

CryptoKitties oyununun iştirakçısından biri ilə danışandan sonra The Verge saytı kriptovalyuta dünyanısının necə qurulduğunu müəyyən edib.

Faktiki olaraq kompüter oyunu hesab edilən CriptoKitties gözlənilməz qaydalara sahibdir və həmin oyunda asanlıqla külli miqdarda pul itirmək olar. Lakin bununla yanaşı həmin oyun vasitəsilə real maliyyə dünyasından daha çox pul qazanmaq mümkündür. Kriptopişikləri, efirləri bitcoinləri real pula çevirmək heç də asan iş deyil. The Verge saytının jurnalisti 30 yaşlı Todd adlı şəxs ilə əlaqə yaradıb. O, prorqm təminatı proqramçısı kimi çalışır və Texas ştatının Ostin şəhərində yaşayır. Todd, Ethereum blockchain platformasında çalışan CryptoKitties oyununa Noyabr ayının sonunda pul yatırmış və indi o, onun təqaüd hesabındakı gəliri qat-qat üstələyən vəsait qazanaraq kriptovalyuta dünyasından getməyə çalışır. Şəxsin adının əslində Todd olmaması onu göstərir ki, kriptovalyuta reallığına daxil olmağın nə dərəcədə risklidir.



Todd öz gəlir mənbəyinin təfərrüatlarını söykləmək baxımından onun anonimliyinin qorunub saxlanmasını xahiş edib. Belə ki, əks halda ABŞ-ın Vergi İdarəsi onun barəsində maraqlana bilər. Bundan əlavə olaraq jurnalist ondan müsahibə götürən zaman CryptoKitties layihəsinin saytı sıradan çıxmışdır. Bu cür hadisələr həmin saytla mütəmadi baş verir. Kriptopişiklərin məşhurluğu Ethereum platformasının bütün işini 11% yubadır. Bundan əlavə olaraq oyunda çatbotlar da fəaliyyət göstərir. Onlar öz növbəsində pişiklərin alış və satış müqavilələrini pozmağa çalışırlar. Oyunun məğzi çox sadədir. Siz virtual pişik alıb ona qulluq edirsiniz və istədiyiniz vaxt onu satışa çıxara bilərsiniz. Satışa çıxardığınız pişik həmin vaxtda məşhurdursa siz buna görə yaxşı pul qazana bilərsiniz. Pul vəsaitləri isə efir kriptovalyutası vasitəsilə verilir. Bundan əlavə olaraq iki baza pişiyi alan zaman onları cütləşdirib yeni pişiklər əldə etmək olar. Bu zaman əldə olunmuş hər bir yeni pişik təkcə öz xarici görünüşü ilə fərqlənmir. Həmçinin hər bir yeni pişik öz unikal koduna və Ethereum blockchainində öz dəyişilməz qeydinə sahib olur.


Lakin bu oyunda hər şey yalnız nəzəri cəhətdən yaxşı gedir. Belə ki, saytda olduğu ilk günündə Todd səhvən 0.7 efirə pişik alıb. Halbuki onun qiyməti 0.03 efir təşkil edirdi. Buna baxmayaraq onun bəxti gətirirdi. Todd-un sözlərinə əsasən kriptopişiklər sayəsində pul qazanmaq şansına sahib olmaq üçün minimum olaraq 5 efirdən (3500$) başlamaq lazımdır. Todd-un əsl uğuru 12 efirə (alış zamanı 4800$, indi isə 8400$) reytinqli pişiyi alan zaman oldu. Nəticədə həmin pişiyin qiyməti 30 efirə kimi qalxdı. Ümumi olaraq Todd kriptopişiklərə 30 efir (hal hazırda kriptovalyutanın qiyməti 700$ civarında təşkil edir) xərcləyib. O, 35 ədəd kriptopişik alıb və hal hazırda onları satmağa çalışır. 1 aydan az bir vaxtda əldə olunmuş gəlir (tranzaksiyalara olan vergini nəzərə almasaq) 42.000$-dan çox olub. Lakin bu nəzərə cəhətdən belədir.


Todd-da qalan 18 kriptopişik isə satılmır. Belə ki, şəbəkə qeyri-stabildir və pişiklərin listinqini (hər bir real birjada rəsmi aktivlərin satışa çıxarıldığı kimi pişiklərin də satışa çıxarılması) reallaşdırmaq çox zaman mümkün olmur. Kriptopişiklər cəmiyyətində çoxları hətta şübhə edir ki, bu oyun hələ də gəlir gətirmək potensialına sahibdir. Ən əsası odur ki, Todd kriptopişiklər sayəsində əldə etdiyi efirləri real pullara çevirərək onları kriptovalyuta dünyasından offline-a çıxarda bilib-bilməməsi barədə məlumat verməyib. “Pişik kriptovalyuta tokeninin yeni bir formasıdır. Faktiki olaraq bu, yeni altcoindir. Mən sadəcə olaraq bu qədər pulu CryptoKitties-də saxlamaq istəmirəm” – deyə Todd bildirib. Beləliklə o demək istəyir ki, hal hazırda şəbəkə stabil olmadığından kriptopişikləri sataraq onlara görə efir əldə etmək çox çətindir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×