main-post-cover

    Blue Origin şirkəti New Glenn adlı yeni raket modelini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    13.03.2020
    Emil Nəcəfov
        SpaceX şirkəti Falcon Heavy raketi də daxil olmaqla bir sıra layihələri ilə məşhurdur. Qeyd etmək lazımdır ki, Falcon Heavy raketinin birinci pilləsini dəfələrlə istifadəsi raket uçuşları prosesinin qiymətlərini aşağı salır. Lakin yaxın müddətdə SpaceX-in ağır raketinin rəqibi ortaya çıxa bilər. Belə ki, Jeff Bezos-un Blue Origin şirkəti New Glenn adlı yeni raket modelini təqdim edib.
        Sözügedən raket diqqəti cəlb edən texniki özəlliklərə sahibdir. Bu barədə Engadget saytı xəbər verib. 98 metr hündürlüyə sahib New Glenn raketinin baş hissəsi 7 metr diametrə sahibdir. Onun yük qaldırma potensialı isə 45 tondur. Güman olunur ki, Blue Origin şirkətinin müştəriləri bir dəfəyə Yer kürəsinin orbitinə çoxlu sayda peyk və BKS-ə (Beynəlxalq Kosmik Stansiya) kommerisiya yüklərini göndərə biləcəklər.
        Şirkət mühəndisləri həmçinin raketin yuxarı pillələrinin sahib olduqları BE-3U mühərriklərini də sərgiləyiblər. Bir neçə müddət bundan öncə şirkət raketin əsas mühərrikini və ikinci pillənin BE-4 mühərrikini uğurla testdən keçirtmişdi. Buna baxmayaraq New Glenn raketinin ilk kommersiya uçuşunun nə zaman reallaşdırılacağı barəsində məlumat verilmir. Növbəti mərhələdə şirkət New Armstrong adlı daha böyük raketin hazırlanmasını planlaşdırır. Həmin raket SpaceX şirkətinin Starship adlı layihəsinin alternativi olacaq və kosmosda uzun məsafəli uçuşlar üçün nəzərdə tutulacaq.
    Linki kopyala