Bluetooth 6.0 texnologiyası rəsmi şəkildə anons edilib
Elm & Texnologiya
05.09.2024
Emil Nəcəfov
Bluetooth Special Interest Group (SIG) təşkilatı Bluetooth 6.0 texnologiyasının əsas özəlliklərini açıqlayıb. Bluetooth 6.0-da əsas dəyişikliklər yerin daha dəqiq təyinini, məlumatların təhlükəsizlik texnologiyasını və audio siqnalın ötürülmə sürətini əhatə edəcəklər. Məlumata əsasən Bluetooth 6.0-da əsas yeniliklərdən biri Bluetooth Channel Sounding adlı funksiya olacaq. Bu funksiya cihazların yerlərini santimetr dəqiqliyinə kimi təyin etməyə imkan verəcək. Gözləntilərə əsasən bu funksiya axtarış trekerləri və mobil ekosistemləri sahələrində geniş istifadə imkanlarına sahib olacaq.
Bundan əlavə olaraq Bluetooth 6.0 texnologiyası istifadəçilərə Decision-Based Advertising Filtering və Monitoring Advertisers adlı funksiyaları təklif edəcək. Birinci funksiya ikincidərəcəli əlaqə kanallarının skan sürətinin artırılması, ikinci funksiya isə enerji effektivliyinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Üstəlik naqilsiz qulaqlıqlar və ya səsgücləndiricilər kimi müxtəlif audio cihazlarında Bluetooth 6.0 vasitəsilə digər cihazlara qoşulma sürətinin yüksəlməsi gözlənilir. Bluetooth 6.0 dəstəyinə sahib ilk prosessor və cihazların nə zaman təqdim olunacaqları barəsində məlumat verilməyib. Sadəcə olaraq qeyd edilib ki, bu proses bir neçə ili əhatə edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tarixdə ilk dəfə olaraq bir peyklə Bluetooth bağlantısı qurulub!
Tarixdə ilk dəfə olaraq bir peyklə Bluetooth bağlantısı qurulub!
Hubble Şəbəkəsi çoxlarının qeyri-mümkün hesab etdiyi bir nailiyyət əldə edə bilib. Şirkət kosmosla birbaşa Bluetooth bağlantısı quraraq buna nail olan tarixdəki ilk şirkət oldu.
Həftənin xəbərləri
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ