main-post-cover

    BMT, blockchain vasitəsilə suriyalı qaçqınları ərzaqla təmin etməyə başlayır

    Elm & Texnologiya
    13.06.2017
    Farid Pardashunas

    BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP), İordaniyadakı suriyalı qaçqınlar üçün ərzaq təchizatı üzrə blockchain-in test edilməsini bitirib.

    Bundan sonra həmin qaçqınlar supermarketlərdə biometriya vasitəsilə sadəcə kimliklərini təsdiq edərək ərzaq götürə biləcəklər. İordaniyanın Azrak şəhərində yaşayan 10.000-ə yaxın suriyalı qaçqın, yerli supermarketlərdən bir sıra ərzaqları ala biləcəklər. Həmin ərzaqlar siyahısına misal olaraq zeytun yağı, makaron, mərcini və s. gətirmək olar. Bunun üçün sadəcə olaraq göz qişası və ya barmaq izi skanı vasitəsilə biometrik kimliyi təsdiq etmək lazım gələcək. Bu cür imkan, BMT-nin Ümumdünya Ərzaq ProqramınınBuilding Blocks layihəsi çərçivəsində ərsəyə gəlib. Sözügedən layihə. Ethereum adlı blockchain platforma əsasında qurulub. Bu platforma sayəsində təşkilat, kimin, nə zaman və hansı köməklikdən istifadə etdiyini təyin edə bilir. “Blockchain texnologiyası aclıqla mübarizə aparmaqda bizə yardımçı olur. Blockchain vasitəsilə biz komissiya xərclərini azalda, kömək əldə etmiş şəxslərin məlumatlarını daha yaxşı qoruya, maliyyə risklərini idarə edə və fövqaladə vəziyyətlərdə sürətli şəkildə hərəkətə keçə bilirik. Blockchain-dən istifadə nəinki WFP üçün, həmdə bütün humanitar təşkilatlar üçün böyük addım ola bilər” – deyə WFP-nın innovasiyalar üzrə direktoru qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər