
BMT-nin humanitar yardımları robot formatlı nəqliyyat vasitələri tərəfindən çatdırılacaq
Elm & Texnologiya
10.07.2023
Emil
Gələn ildən başlayaraq BMT-nin humanitar qida yardımları hərbi konfliktlər və təbii fəlakət zonalarına süni zəka vasitəsilə idarə ediləcək robot formatlı nəqliyyat vasitələri tərəfindən çatdırılacaq. Bu barədə məlumat Dünya Qida Proqramının təmsilçisi tərəfindən verilib. İkinci Dünya Müharibəsi zamanlarından indiyənə kimi sayca artmış hərbi konfliktlər çərçivəsində BMT-nin humanitar işçilərinə hücumlar daha intensiv şəkil alıblar. Məsələn bu ilin əvvəlində Sudanda BMT-nin 3 nəfər humanitar işçisi həlak olub. “Bəzən Dünya Qida Proqramının sürücülərini və ya əməkdaşlarını göndərmək çox təhlükəli olur. İrəli addım kimi robot texnologiyalarından istifadə ola bilər” - deyə Dünya Qida Proqramının innovasiyalar şöbəsinin rəhbəri Bernhard Kowatsch qeyd edib.
Söhbət, 1-2 ton ağırlığında yük qaldırma bacarığına sahib amfibiya robot formatlı yük daşıma nəqliyyatından gedir. Bu cür nəqliyyat növləri 2012-ci ildən 2016-cı ilə qədər olmuş zaman aralığında hazırlanmışdılar. Həmin vaxtda Suriyanın Hələb adlı şəhəri uğrunda döyüşlər gedirdi və humanitar təşkilat işçiləri yardımları şəhərin mühasirəyə alınmış yerlərinə çatdırmağa çalışırdılar. Həmin vaxtda ölkədə aviasiyadan istifadə etmək mümkün deyildi. Günümüzdə Cənubi Sudanda artıq 50 ədəd bu cür nəqliyyat növü fəaliyyət göstərir. Hal hazırda onlar operatorlar vasitəsilə idarə olunurlar. Lakin gələn ildən başlayaraq onların pilotsuz versiyalarının testlərinə start veriləcək.
Paylaş
Bənzər xəbərlər