BMW şirkəti i4 adlı elektromobil konseptini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
04.03.2020
Emil Nəcəfov
BMW şirkəti i4 adlı elektromobilin konseptini təqdim etdi. Bununla yanaşı şirkət elektromobilin dizaynını sərgilədi və onun bəzi texniki özəllikləri barəsində məlumat verdi. Əsas olan odur ki, bu, heç zaman satışa çıxmayacaq avtomobil ideyası deyil. Sözügedən elektromobil satışa çıxmağa hazırlaşan kommersiya məhsuludur. Bu barədə Engadget saytı xəbər verib. Xarici görünüşcə yeni BMW i4-ün ön hissəsi bir neçə müddət bundan öncə təqdim edilmiş BMW Concept 4-ə bənzəyir. Lakin sözügedən elektromobilin ön hissəsində olan böyük ölçülü buxarı barmaqlığı sadəcə dizayn xatirinə reallaşdırılıb. Belə ki, elektromobil hərəkətdə olan zaman soyutma sisteminə ehtiyac duymur.
Bununla yanaşı BMW i4 xarici görünüşcə çox müasir görünsə də aşırı futuristik deyil. Bu isə öz növbəsində onu digər elektromobil konseptlərindən fərqləndirir. Elektromobilin daha bir özəlliyi ondan ibarətdir ki, o, şüşə materialdan hazırlanmış panoram tavana sahibdir. Həmin tavan heç bir arakəsməyə sahib deyil və elektromobilin bütün uzunluğu şəklində yerləşdirilib. Şirkətin bu özəlliyi elektromobilin kommersiya versiyasında saxlayıb-saxlamayacağı məlum deyil. BMW i4 konsepti 5-ci nəsil eDrive transmissiyası və 530 at gücünə ekvivalent olan 390 kilovatt gücündə elektromühərrik üzərində qurulub.
Şirkətin verdiyi məlumata əsasən elektromobil saatda 100 km sürəti 4 saniyəyə yığa bilir. Onun maksimal sürəti barəsində məlumat verilməyib. Elektromobilin salon dizaynına gəldikdə isə o, minimalizm tərzində hazırlanıb. Sürücünün önündə əyilmiş formadan hazırlanmış böyük ölçülü ekran yerləşir. Həmin ekranda əks olunan məlumatlar isə elektromobilin hərəkəti zamanı dinamik olaraq dəyişirlər. BMW i4-ün daha bir maraqlı özəlliyi də ondan ibarətdir ki, elektromobilin hərəkəti, qapıların açılıb-bağlanması və digər funksiyaların yerinə yetirilməsi zamanı xüsusi səslər ortaya çıxır. Məlumata əsasən sözügedən elektromobil üçün bütün səsləri məşhur bəstəkar Hans Zimmer hazırlayıb. BMW i4-ün kommersiya məqsədli satışı 2021-ci ilə planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır!