Böyük ekrana sahib olacaq büdcəli Xiaomi Mi Max 3-ün videosu sızdırıldı
Elm & Texnologiya
06.07.2018
Emil Nəcəfov
Xiaomi şirkəti bu ayın sonuna kimi
böyük ekran ölçüsünə sahib Mİ Max 3 büdcəli fablet modelini təqdim etməlidir. Təqdimata
artıq az bir müddət qalıb və bu səbəblə cihaz haqqında daha çox məlumat ortaya
çıxmağa davam edir. İndi isə Mi Max 3–ün əks olunduğu qısa video internetdə
yayılıb. 6.9 inç ekrana sahib olacaq Mi Max 3 kiçik çərçivələr ilə təchiz
olunacaq. Smartfonun öz çəkisi isə 221 qram olacaq. Lakin buna baxmayaraq əldə
sözügedən cihazı tutarkən o, smartfondan çox planşeti xatırladır. Arxa paneldən
Mi Max 3 metal qapağa və barmaq izi skanı texnologiyasına sahib olacaq. Məlumata
əsasən Mi Max 3 1.8 GHz tezlikdə çalışacaq Snapdragon 636 prosessoru, 6 GB RAM,
128 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 5 MP + 8 MP ikili ön kamera
və 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!