Logo
    main-post-cover

    Bu il Apple Watch SE 3 təqdim ediləcəkmi?

        Keçən il Apple şirkəti Watch SE 2 smart saatını təqdim etmişdi. Bu, şirkətin büdcəli smart saat modeli hesab edilir. İndi isə Apple şirkətinin bu il növbəti Apple Watch SE modelini təqdim edib-etməyəcəyi barəsində məlumat verilib. Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, Apple bu il üçün Watch SE 3-ü planlaşdırmır. İnsayderin sözlərinə əsasən şirkət öz büdcəli smart saat seriyasını 2 ildən bir yeniləməyi hədəfləyib. Buna görə də Apple Watch SE 3-ü yalnız 2024-cü ildə gözləmək olar. Əgər siz Apple Watch SE 2-nin alınmasında qərarsız qalaraq Watch SE 3-ü gözləyirdinizsə, rahat şəkildə Watch SE 2-ni əldə edə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər