
Bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub
Elm & Texnologiya
19.11.2024
Emil
Alimlər təyin ediblər ki, bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Belə ki, keçən ay ortalama temperatur göstəricisi 15.32 dərəcə Selsi təşkil edib. Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına əsasən bu, keçən ilin oktyabr ayında müşahidə edilmiş ortalama temperatur göstəricisindən yalnız 0.05 dərəcə Selsi daha aşağıdır. Nəticədə keçən ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ən isti oktyabr ayı, bu ilin oktyabr ayı isə tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Bununla yanaşı alimlər qeyd ediblər ki, keçən il müşahidə edilmiş ortalama temperatur göstəricisi 20-ci əsrdəki 14.0 dərəcə Selsi ortalama temperatur göstəricisindən 1.32 dərəcə Selsi daha yüksəkdir.

Mütəxəssislər bildirblər ki, planetin qızmasının davam etməsində əsas səbəb insan fəaliyyəti nəticəsində atmosferə ifraz olunan parnik qazlarıdır. NOAA məlumatları sayəsində müəyyən edilib ki, ümumilikdə 2024-cü il tarix ərzində müşahidə edilmiş ən isti il ola bilər. Qeyd etmək lazımdır ki, ümumi il üzrə ortalama temperatur rekordu keçən il qırılmışdı. Məlumata əsasən keçən ay planet səthinin 12%-də yüksək temperatur göstəricisi müşahidə edilib. Oktyabr ayının temperaturu Qrenlandiya, mərkəzi və cənub Afrika, Mərkəzi Asiyanın bəzi regionları və Antarktidanın şərq regionunun böyük hissəsi istisna olmaqla quru sahənin böyük hissəsində ortalama temperaturdan daha yüksək olub.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
