main-post-cover

    Bu ilki iPhone'lar barədə yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    05.04.2019
    Farid Pardashunas
        Dünən internetdə bu il təqdim olunacaq 3 iPhone modelindən birinin arxa panelinin fotosu ortaya çıxmışdı və həmin paneldə 3 kamera modulu üçün nəzərdə tutulmuş hissə yerləşirdi. Bugün isə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder yerdə qalan iki iPhone modeli barəsində bəzi məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Verilmiş məlumata əsasən üç arxa kameranı təkcə bu ilki flaqman iPhone modeli əldə etməyəcək. 3 arxa kameraya həmçinin iPhone XSiPhone XR modellərinin davamçıları da sahib olacaqlar.

        Şayiələrə əsasən birinci kamera əsas, ikinci kamera teleobyektiv, üçüncü kamera isə ya 3D ToF ya da adi genişformatlı kamera modulu olacaq. Bundan əlavə olaraq bui il təqdim olunacaq hər 3 iPhone modeli OLED ekranla təchiz oluna bilər. Smartfonlar öz aralarında ekran ölçülərinə görə fərqlənəcəklər. Bu ilki iPhone-lar barəsində hələki digər bir məlumat yoxdur. Ənənəvi olaraq yeni iPhone modelləri bu ilin sentyabr ayında təqdim olunmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər