main-post-cover

    Bu ilki iPhone-ların ekranlarında barmaq izi skanı olacaq

    Elm & Texnologiya
    08.02.2018
    Farid Pardashunas
    Şayiələrə əsasən “Apple” bu il 3 ədəd iPhone modeli təqdim edəcək.
        Cənubi Koreya mənbələrinin təqdim etdikləri yeni məlumatlara əsasən “LG Innotek” şirkəti satışa çıxacaq yeni iPhone modelləri üçün TrueDepth kamera sistemlərini hazırlayacaq. iPhone X-də olduğu kimi yeni model iPhone da ön panelin yuxarı hissəsində kiçik çıxıntı əldə edəcək və bundan əlavə olaraq ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib olacaq.
        Ön paneldə olacaq çıxıntının daha kiçik reallaşdırılması isə daha kiçik kamera hesabına mümkün olacaq. Bundan əlavə olaraq “Atherton Research” tədqiqat şirkətinin məlumatına əsasən “Apple” bu ilki iPhone modellərinə barmaq izi skanı texnologiyasını geri qaytaracaq. Belə ki, istifadəçilər Face ID texnologiyasını və onun özəlliklərini o qədər də yaxşı qarşılamadılar.
        Barmaq izi skanı isə birbaşa ekrana inteqrasiya olunacaq. Əvvəlki sızdırılmış məlumatlara əsasən şirkət bu il OLED ekrana sahib iki iPhone və LCD ekrana sahib bir iPhone modeli təqdim edəcək. Lakin yeni məlumatda qeyd olunub ki, iPhone X-in zəif satışlarına görə şirkət bu il OLED ekrana sahib bir iPhone və LCD ekrana sahib iki iPhone modeli təqdim edə bilər. Bundan əlavə olaraq qeyd olunur ki, bu ilki iPad modeli də TrueDepth kamerası və Face ID texnologiyası ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər