
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Elm & Texnologiya
03.06.2024
Emil
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib. Bu il böyük ehtimalla daha isti keçəcək. Planetin ortalama temperaturu artmaqda davam edir. Buna görə də bizləri daha intensiv istilik dalğaları, quraqlıqlar və meşə yanğınları gözləyir. Bütün bunların fonunda alimlər bildiriblər ki, insanlar bu yüzilliyin sonuna kimi həmçinin su qıtlığı problemi ilə qarşılaşacaqlar. Alimlərin aparmış olduqları yeni tədqiqatın proqnozlarına əsasən artıq 2100-cü ilə kimi bizləri qlobal su qıtlığı problemi gözləyir və bu problem planet əhalisinin 66%-ni əhatə edəcək.
Alimlərin sözlərinə əsasən insanlar suyun miqdarı və keyfiyyəti ilə bağlı problemlərin həll edilməsi strategiyalarına gələcəkdə yenidən nəzər yetirməlidirlər. Alimlər tərəfindən aparılmış tədqiqatda suyun miqdarı və keyfiyyəti ilə bağlı qəliz qlobal modeldən istifadə edilib. Məhz həmin modelin proqnozuna əsasən bu yüzilliyin sonuna kimi ciddi problem öz əksini tapacaq. İnsanlar müxtəlif məqsədlər üçün təmiz suya ehtiyac duyurlar. Buna görə də mütəxəssislər yaxın gələcəkdə hansı regionların nə zaman su qıtlığı probleminə daha həssas olacaqlarını təyin etməyə çalışıblar. Onların fikirlərinə əsasən gələcək su qıtlığı probleminin qiymətləndirilməsi üçün aşağıdakı 3 faktor önəmlidir.
- Suyun mövcudluğu
- Suyun keyfiyyəti
- Su resurslarına olan tələbat.
Aparılmış tədqiqatın nəticələrinə əsasən planet əhalisinin 55%-i il ərzində minimum 1 ay su qıtlığndan əziyyət çəkən regionlarda yaşayır. Tədqiqata əsasən bu yüzilliyin sonuna kimi bu cür regionlarda yaşayanların sayı 66%-ə yüksələcək. Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə su qıtlığı problemi kəskinləşsə də, bunun nəticələri Yer kürəsinin bütün regionlarını eyni şəkildə əhatə etməyəcəklər. Məlumatda qeyd edilib ki, gələcək risklər əsasən Qlobal Cənub regionuna daxil olan ölkələri əhatə edəcək. Belə ki, bu ölkələrdə əhalinin və iqtisadiyyatın yüksək sürətlə artımı, intensiv iqlim dəyişikliyi və su keyfiyyətinin aşağı düşməsi müşahidə edilir. Mütəxəssislər xüsusi olaraq qeyd ediblər ki, suyun miqdarı kimi onun keyfiyyəti də çox önəmlidir. Təmiz su qıtlığı həm insanlar həm də ekosistem üçün sistemli risk deməkdir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
