main-post-cover

    Büdcəli Galaxy A90 flaqman smartfonunun texniki göstəriciləri internetə sızdırılıb

    Elm & Texnologiya
    05.04.2019
    Farid Pardashunas
        Çinli insayder Çinin Weibo sosial şəbəkəsində büdcəli Galaxy A90 flaqman smartfonunun texniki göstəriciləri barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Galaxy A90 smartfonu Full HD+ keyfiyyətli 6.7 düym OLED ekrana sahib olacaq və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Ön kamera üçün ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Belə ki, smartfon slayder formatında hazırlandığından ön kamera gövdənin yuxarı hissəsinə inteqrasiya ediləcək.

        Bundan əlavə olaraq kamera fırlana bilmə özəlliyinə sahib olacaq. Nəticədə Galaxy A90-nın kameraları həm ön həm də arxa kamera qismində çıxış edə biləcəklər. Məlumatda qeyd edilib ki, smartfon 3 kamera moduluna sahib olacaq: 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) + 3D ToF. Bununla yanaşı smartfon LG G8 ThinQ modelindəki kimi səsi ekran vasitəsilə ötürə bilər.
        Smartfon həmçinin 8 nüvəli Snapdragon 7150 prosessoru və 25 vatt gücündə enerji qəbul etmək imkanına sahib sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Galaxy A90 smartfonunun 10 aprel tarixində Samsung tərəfindən keçiriləcək xüsusi tədbir çərçivəsində təqdim olunacağı güman edilir. Gözləntilərə əsasən bu smartfon 750$-dan aşağı qiymətə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər