Logo
    main-post-cover

    Büdcəli Honor Tablet X8 Pro planşeti təqdim edilib - QİYMƏTİ

        Honor şirkəti Honor Tablet X8 Pro adlı yeni planşetini təqdim edib. Sözügedən yeni planşet iş və təhsil üçün nəzərdə tutulmuş planşet kimi qələmə verilir. Planşet özündə nazik çərçivələrə sahib ekranı birləşdirir və klaviaturalı xüsusi keysin istifadəsi halında noutbuk rejimini dəstəkləyir. Beləliklə Honor Tablet X8 Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2000x1200 piksel keyfiyyətli 11.5 düym LCD ekran ilə təchiz olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşetin gövdəsi metal materialdan hazırlanıb. Honor Tablet X8 Pro Snapdragon 685 prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 5 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 7250 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet özündə həmçinin 6 ədəd səsgücləndiricini də birləşdirir. Honor Tablet X8 Pro artıq Çin bazarında satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.
    - 4 GB RAM + 128 GB yaddaş - 137$
    - 6 GB RAM + 128 GB yaddaş - 165$
    - 8 GB RAM + 128 GB yaddaş - 192$
    - 8 GB RAM + 256 GB yaddaş - 220$.
    Paylaş
    Bənzər xəbərlər