Bütün milyarderlər bir araya gəlsə belə, bu maddənin 1 qramını ala bilməzlər!
Elm & Texnologiya
04.03.2024
Farid Pardashunas
Yer üzündə elə bir maddə mövcuddur ki, bütün milyarderlər bir araya gəlsə belə, bu maddənin 1 qramını ala bilməzlər. Qiyməti olduqca bahalı olan bu maddə antimaddə olaraq adlanır və Elon Musk bu maddəni "ulduzlararası səyahət bileti" olaraq xarakterizə edir.
Bu maddə elektrik yükü baxımından normal maddənin tam əksi olan hissəciklərdən ibarətdir və buna görə də, antimaddə normal maddə ilə təmasda olduqda hər ikisi də yox olub, böyük miqdarda enerji istehsal edə bilir. Antimaddə və maddə yox olduqda isə, kütlə birbaşa enerjiyə çevrilməyə başlayır. Bu prosesdə ayrılan enerjinin miqdarı kosmos səyahətində antimaddənin istifadəsi üçün böyük rol oynaya bilər. Məsələn, bir qram antimaddə nüvə bombasına bərabər bir partlayış yaratmaq imkanına sahibdir. Bu da o deməkdir ki, bu enerji növü insanları daha əvvəl heç vaxt görülməmiş yerlərə rekord sürətlə aparmağa kömək edə bilər.
Antimaddə mühərriklərinin mövcud olmamasının başlıca səbəbi texnoloji məhdudiyyətlərlə yanaşı daha çox maliyyə ehtiyacının olmasıdır. Fermilab-da antimaddə layihələri üzərində işləyən fizikaçı alim Gerald Jackson-un sözlərinə görə, kifayət qədər maliyyə olduğu təqdirdə önümüzdəki on il ərzində antimaddə kosmik gəmi prototipinə sahib ola bilərik.
Onu da qeyd edək ki, 1 qram antimaddənin hazırkı dəyəri təxminən 62 trilyon dollardır və 1 qram maddənin əmələ gəlməsi 100 milyard il çəkir. Şübhəsiz ki, antimaddə yer üzündəki ən bahalı maddə hesab olunur və bu gün bütün milyarderlər bir araya gəlsələr belə, 1 qram antimaddə ala bilmirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!