Çatlamalara qarşı 17 dəfə daha davamlı olan beton növü ixtira edilib!
Elm & Texnologiya
24.06.2024
Farid Pardashunas
Alimlər, təbii materiallardan ilhamlanaraq çatlamalara qarşı 17 dəfə daha davamlı olan yeni beton növü hazırlayıblar. Bu innovativ beton, dünyada ən çox yayılmış tikinti materiallarından biri olan sementi daha davamlı və təhlükəsiz etmək məqsədi daşıyır.
Yeni beton növü haliotis və stiridya qabıqlarının quruluşunu təqlid edir. Advanced Functional Materials jurnalında dərc olunan araşdırmaya görə, alimlər ümid edirlər ki, bu yeni beton daha davamlı, təhlükəsiz və uzunömürlü tikinti materialları yaratmaq üçün istifadə oluna bilər. Çatlamalara qarşı daha davamlı olan bu yeni betonda, altıbucaqlı sement plitələrdən və nazik polimerdən istifadə edilərək, qırılmadan deformasiya olma və uzanma qabiliyyəti 19 dəfə artırılıb. Betonun təzyiq altında uzana bilməsi vacibdir, çünki bu, onu daha az kövrək edir və bununla da çatlamalara qarşı 17 dəfə daha az həssas olur.
Tədqiqatçılar, bu üsulu farfor kimi digər kövrək keramika materiallarına da tətbiq edə biləcəklərini düşünürlər. Farforun nə qədər zərif olduğunu nəzərə alsaq, bunun nə qədər böyük bir inkişaf olduğunu təsəvvür etmək elə də çətin olmur. Yeni çatlamalara qarşı davamlı olan beton, təbiətdə tapılan sədəf və ya mirvari kimi tanınan materialdan ilhamlanıb. Mirvari, müəyyən qabıqların içərisində olur və mikroskopik səviyyədə araşdırıldıqda biopolimerlə yapışdırılmış altıbucaqlı həblərdən ibarət olduğu görünür. Bu quruluş, qabıqları tək bir bərk cism halında saxlayaraq onları daha da davamlı edir.
Tədqiqatçılar bildirirlər ki, onlar təkcə sədəfin təbiətdə etdiklərini təqlid etmək deyil, həm də bu prinsipləri öyrənmək və onların süni materialların mühəndisliyində necə istifadə oluna biləcəyini araşdırmaq istəyirlər. Bu yolla gələcəkdə daha möhkəm materiallar yaratmaq mümkün olacaq. Yeni çatlara davamlı beton, tikinti sənayesində inqilabi yenilik etmək potensialına malikdir. Bu yenilik, daha təhlükəsiz və uzunömürlü strukturların qurulmasında mühüm addım ola bilər. Betonun dayanıqlığının artırılması tikinti xərclərini azaltmaqla yanaşı, daha dayanıqlı və ekoloji cəhətdən təmiz strukturlara yol açır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
MIT tədqiqatçıları, "gələcəkdəki özünüzlə" danışa biləcəyiniz süni intellekt hazırlayıb!
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları, istifadəçilər üçün gələcək şəxsiyyətləri ilə söhbətləri simulyasiya edəcək, narahatlığı azaltmağa və motivasiyanı artırmağa kömək edəcək süni intellekt chatbot hazırlayıblar.
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər süni intellekt sayəsində Parkinson xəstəliyini bir neçə il öncədən müəyyən edə biliblər!
Alimlər tərəfindən aparılan yeni bir araşdırmada süni intellekt, Parkinson xəstəliyini simptomları başlamazdan illər əvvəl 100% dəqiqliklə proqnozlaşdıra bilib.
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Smartfonlar yuxuya təsir göstərirlərmi?
Aparılmış yeni tədqiqata əsasən smartfon ekranı tərəfindən şüalanan göy işıq gecələr istifadəçinin yuxusuna zərər yetirmir.
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
Astronavtların da iştirakı ilə baş tutacaq Mars missiyaları insanlığın uzunmüddətli məqsədidir və bu cür missiyaların növbəti onilliklərdə baş tutacağı nəzərdə tutulub.
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom idarə edə bilən insanabənzər robot hazırlanıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!