Cənubi Koreya, lazer silahlarını istifadəyə verən ilk ölkə olacaq!
Elm & Texnologiya
17.07.2024
Farid Pardashunas
Cənubi Koreya, dünyada pilotsuz uçuş aparatlarına qarşı lazer silahı yerləşdirən ilk ölkə olacağını açıqlayıb. “Star Wars” adlı lazer sistemi, ölkəni Şimali Koreyanın pilotsuz təyyarələrinin hücumlarından qoruyacaq.
Hanwha Aerospace tərəfindən hazırlanmış lazer sistemi, aktivləşdirildikdən sonra hər atış üçün təxminən 1.45 dollara başa gələcək. Bu silahların gələcəkdə müharibə strategiyalarını dəyişdirəcək təməlqoyma texnologiyası olduğunu bildirən DAPA (Cənubi Koreyanın Müdafiə Alma Proqramı İdarəsi), "Ölkəmiz dünyada lazer silahlarını yerləşdirən və idarə edən ilk ölkədir. Bu silahlar, Şimali Koreyanın pilotsuz təyyarələrinin təxribatına qarşı ordumuzun cavab imkanlarını daha da gücləndirəcək.” sözlərini ifadə edib.
DAPA sözçüsü, lazer silahlarının dronların mühərriklərini və ya digər elektrik avadanlıqlarını 10-20 saniyə ərzində işıq şüaları ilə yandıra biləcəyini söyləyib. Bundan başqa Cənubi Koreyanın “Star Wars” sistemi ilə bağlı çoxlu təfərrüatlar paylaşılmayıb. Pilotsuz uçuş aparatlarının hücumlarına qarşı çıxmaq və ya uçuşda olan raketləri və ya orbitdəki peykləri hədəf almaq üçün bu silahlara dünyada böyük maraq var. ABŞ, İngiltərə, Yaponiya və İsrail kimi bir çox ölkələr lazer silahları hazırlayır və yaxın gələcəkdə onu istifadəyə verməyi planlaşdırırlar. Bu ölkələrdən biri olan İsrail, "Iron Beam" lazer sistemini inkişaf etdirməyə və sınaqdan keçirməyə davam edir. 2022-ci ilin aprelində İsrail Müdafiə Nazirliyi, lazer sisteminin ilk sınaqlarında pilotsuz uçuş aparatlarını, raketləri, minaatanları və tank əleyhinə raketləri uğurla vurduğunu elan edib. İsrail, bu il Iron Beam sistemini istifadəyə verməyi planlaşdırır.
2022-ci ilin dekabrında ABŞ-ın müdafiə sənayesi şirkəti "Lockheed Martin", Iron Beam-in inkişafına töhfə vermək üçün İsrailin silah istehsalçısı Rafael ilə müqavilə imzaladı. Bu əməkdaşlıqla sistemin ABŞ üçün fərqli bir versiyasının hazırlanması qarşıya məqsəd qoyulmuşdur. Dekabr ayında Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatı, texniki cəhətdən hələ də müharibə vəziyyətində olduğu Cənubi Koreya sərhədinə keçid etmişdi. Bu, Cənubi Koreyanın pilotsuz təyyarələri vurmaq üçün döyüş təyyarələri və hücum helikopterləri göndərməsinə səbəb olub. Yeni lazer sistemi ilə Cənubi Koreya, Şimali Koreyanın dron hücumlarına qarşı ucuz və effektiv müdafiə sisteminə sahib olacaq.
Linki kopyala
south korea
anti-drone laser
anti-drone laser weapon
south korea anti-drone laser
laser weapons
south korea star wars
star wars
star wars laser weapon
Bənzər xəbərlər
Oxşar xəbərlər
Cənubi Koreya kosmik sahədə lider ölkələrdən biri olmağa hədəflənib
Cənubi Koreya kosmik sahədə lider ölkələrdən biri olmağa hədəflənib
Cənubi Koreyanın elektronika istehsalçısı Samsung-dan tutmuş yaddaş sistemləri istehsalçısı SK Hynix-ə kimi olan şirkətləri onilliklər ərzində ABŞ, Yaponiya və s. ölkələrdəki rəqib şirkətlərdən geridə qalırdılar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!