main-post-cover

    Çərçivəsiz ekranlı və süni zəka əsaslı Huawei Mate 10 və Mate 10 Pro modelləri təqdim olundu

    Elm & Texnologiya
    16.10.2017
    Farid Pardashunas
    “Huawei” şirkəti Münhendə (Almaniya) keçirtdiyi tədbir çərçivəsində öz yeni flaqman modelləri olan Mate 10 və Mate 10 Pro modellərini təqdim etdi.
    Bir neçə ay ərzində şirkət öz məlumatları ilə işarə edirdi ki, yeni flaqman modellər süni zəka texnologiyası ilə sıx inteqrasiya olunacaqlar. İndi isə həmin smartfonlar haqqında məlumatları sizlərə çatdırırıq. Mate 10Mate 10 Pro modellərinin əsas özəlliyi, süni zəkaya üçün ayrılmış xüsusi hissəyə sahib Kirin 970 prosessoru oldu. Həmin hissə sayəsində məlumatları bulud servisə göndərmədən smartfonun özündə bir sıra taşırıqları yerinə yetirmək mümkündür.

    Hər iki smartfonda qrafik özəlliklərdən isə 12 nüvəli Mali-G72 videosürətləndiricisi cavabdehdir. Smartfonların ikinci əsas özəlliyi isə “Leica” şirkəti ilə birlikdə hazırlanmış ikili arxa kameralar oldu. Onlardan biri 20 MP-lik monoxrom kamera, digəri isə 12 MP-lik rəngli kameradır. Hər iki kamera f/1.6 diafraqmasına sahibdir. Ön kameralar 8 MP-likdir. Adi Mate 10 modeli, 5.9 inç Quad HD AMOLED ekran (HDR10 dəstəkli) ilə təchiz olunub. Bütün bu özəlliklər Mate 10 Pro üçün də keçərlidir. Lakin adi modeldən fərqli olaraq Pro versiya, 6 inç-lik Full HD AMOLED ekrana sahibdir. Hər iki smartfon, 4000 mAh enerji tutumlu batareyaya sahibdir.

    Android 8.0 Oreo əməliyyat sisteminin əsasında hazırlanmış EMUI 8.0 ara üzlüyü isə süni zəka texnologiyası sayəsində cihazın avtonom iş rejimini maksimal dərəcədə təmin etmək üçün smartfondan istifadəni və fonda çalışan tətbiqləri analiz edir. Həmçinin hər iki smartfon, SuperCharge özəlliyini də dəstəkliyir. Onun sayəsində 20 dəqiqəlik şarj prosesi bəs edir ki, smartfonlardan gün boyu istifadə olunsun. Smartfonlar ön və arxa tərəfdən Gorilla Glass qoruyu şüşəsi ilə örtülüblər. Lakin sadəcə Mate 10 Pro modeli, IP67 standartlı sudan və tozdan qorunma özəlliyinə sahibdir.

    Mate 10 Pro modelində barmaq izi skanı arxa paneldə, Mate 10-da isə ön paneldə yerləşdirilib. Barmaq izi skanları jestlər vasitəsilə cihazlardan istifadəni dəstəkləyirlər. Şarj prosesi üçün isə USB Type-C girişi nəzərdə tutulub. Bütün bunlarla yanaşı yeni modellər PC rejimini də özündə birləşdirirlər. Beləliklə böyük monitoru smartfona bir naqil ilə qoşmaq mümkündür. Bu üsulla istifadəçi stolüstü kompüterə sahib olur. Həmin anda smartfonlar isə klaviatura və touchpad kimi çıxış edirlər. Mate 10, 4 GB RAM və 64 GB daxili yaddaş göstəricisi, Mate 10 Pro modeli isə 6 GB RAM və 128 GB daxili yaddaş göstəricisi ilə satışa çıxacaq. Mate 10 və Mate 10 Pro, Avropa bazarında gələn ay satışa çıxacaq. Adi model 700 avro, Pro model isə 800 avro qiymətinə satılacaq.
    Bununla yanaşı şirkət həmçinin Mate X Prosche Design modelini də təqdim edib. Bu model həmin Kirin 970 prosessoru əsasında hazırlanıb. O, 6 GB RAM və 256 GB daxili yaddaşa sahibdir. Bundan əlavə olaraq sözügedən model, Porsche Design dizaynı üslubunda hazırlanıb və yalnız qara rəngli keramik korpusa sahibdir. Smartfonun komplektində USB Type-C-dən 3.5 mm-lik audiogirişə keçid naqili və Porsche Design dəri keysi təqdim olunacaq. Mate X Porsche Design modeli isə 1395 avro qiymətində gələn aydan satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər