
Çərçivəsiz və çıxıntılı daha bir Nokia: Nokia 6.1 Plus təqdim olundu
Elm & Texnologiya
20.07.2018
Bugün HMD Global şirkəti Nokia 6.1 Plus modelini təqdim
etdi. Yeni smartfon Nokia X6-ya bənzəyir. Lakin ondan 2 özəllik ilə fərqlənir.
Belə ki, Nokia 6.1 Plus Android One əməliyyat sistemi əsasında çalışır və Çindən
kənarda satılacaq. Yəni sözügedən Nokia modeli qlobal bazarlar üçün nəzərdə
tutulub. Beləliklə Nokia 6.1 Plus 19:9 nisbətli 5.8 inç Full HD+ ekran (ekran
üzərində çıxıntı var), 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik
sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 16
MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli
3060 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əvvəldə də dediyimiz kimi
smartfon təmiz Android əməliyyat sistemi üzərində çalışır. Nokia 6.1 Plus 24
İyul tarixindən satışa çıxacaq. Onun qiyməti isə 300$ təşkil edəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...