main-post-cover

    Çin, dünyanın ən böyük Günəş elektrik stansiyasını istifadəyə verib!

    Elm & Texnologiya
    05.06.2024
    Farid Pardashunas

         Çin, dünyanın ən böyük günəş elektrik stansiyasını işə saldığını açıqlayıb. 200 min hektar sahədə tikilən obyekt, ildə 5 GVt (giqavat) gücündə 6.09 milyard kilovat saat elektrik enerjisi istehsal edəcək.

          5 GVt gücündəki nəhəng qurğu, Sincan əyalətinin paytaxtı Urumçi yaxınlığındakı səhrada yerləşir. Bölgə, əhalisinin az olmasına baxmayaraq, külək və Günəş kimi bərpa olunan enerji resursları ilə zəngin olduğu üçün seçilib. Burada istehsal olunan elektrik enerjisi rayonun tələbatından əlavə, nəhəng enerji ötürücü xətlər vasitəsilə əhalinin sıx məskunlaşdığı ölkənin şərqinə doğru da ötürüləcək. Sincan bölgəsi, Çin tərəfindən bölgədə yaşayan uyğurlara qarşı pis rəftarları ilə tanınır. Böyük Günəş elektrik stansiyaları ilə yanaşı, region, həm də Günəş panellərinin istehsalında istifadə olunan kritik xammal olan polisilikonun istehsalı üçün də mühüm mərkəz hesab olunur.
         Çin, hazırda gücünə görə dünyanın 3 ən böyük Günəş elektrik stansiyasına malikdir. Ölkənin qərbində yerləşən və hər birinin gücü 3 GVt olan Ningxia Tenggeli və Golmud Wutumeiren Günəş elektrik stansiyaları istifadəyə verilib. Günəş enerjisinə böyük sərmayə qoyan Çin, keçən il 216 GVt yeni güc əlavə edərək Günəş enerjisi istehsalını 55% artırıb. Ölkə, həmçinin külək enerjisi imkanlarını da 20% artırıb. Çin 2030-cu ilə qədər karbon emissiyalarında pik həddinə çatdıqdan sonra 2060-cı ilə qədər karbon neytrallığına çatmağı hədəfləyir. Bu hədəflərə nail olmaq üçün hökumət 2030-cu ilə qədər 1200 GVt bərpa olunan enerji potensialının yaradılmasını öhdəsinə götürüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
    dunyanin-ilk-suni-intellekt-xestexanasi-acilib
    Çin, kosmosa sirli bir obyekt buraxan zaman görüntülənib!
    cin-kosmosa-sirli-bir-obyekt-buraxan-zaman-goruntulenib
    ABŞ, Çinin kvant texnologiyalarına çıxışını məhdudlaşdırır!
    abs-cinin-kvant-texnologiyalarina-cixisini-mehdudlasdirir
    Çinlilər son dərəcə ölümcül və yoluxucu bir virus hazırlayıblar!
    cinliler-son-derece-olumcul-ve-yoluxucu-bir-virus-hazirlayiblar
    ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
    abs-resmisi-nuve-silahlari-suni-intellektin-nezaretinde-olmamalidir-deye-cin-ve-rusiyaya-xeberdarliq-edib