Logo
    main-post-cover

    Çin dünyanın ən güclü maqnitini istehsal edib!

    Elm & Texnologiya
    28.10.2024
    Aslan

         Çin, yüksək maqnit sahəsi texnologiyasında uğurla yeni bir dövr açmış ola bilər. Hefei Fizika Elmləri İnstitutu, 42 tesla rezistiv maqnitlə ABŞ-ın 2017-ci ildən bəri olan 41.4 teslalıq rekordunu yeniləyib.

         22 sentyabrda elan edilən bu yenilik, Çin Elmlər Akademiyasının illərlə apardığı araşdırma və inkişaf işlərinin nəticəsidir. Tam 32.3 meqavat güc mənbəyi ilə işləyən bu super maqnit, elm adamlarına material araşdırmalarında müxtəlif imkanlar təqdim edəcək. Laboratoriyanın akademik direktoru Guanli Kaung, bu gücdə olan maqnit sahələrinin maddələrin əsas xüsusiyyətlərini öyrənməkdə kritik əhəmiyyət daşıdığını vurğulayaraq, "Bu texnologiya fizika və kimyada yeni kəşflərə yol açacaq. Gündəlik həyatda istifadə olunan texnologiyaların inkişafında mühüm rol oynayacaq" deyə qeyd edib.
         Yüksək maqnit sahəsi tədqiqatlarında Fransa, Yaponiya, HollandiyaABŞ kimi ölkələrin sırasına qoşulan Çin, bu sahədə fəaliyyət göstərən 6-cı ölkə səviyyəsinə yüksəlib. Keçmişdə bu tip araşdırmalardan yaranan Nobel mükafatlı kəşflər sahənin elmi potensialını üzə çıxarır.
         Mütəxəssislər, bu yeniliyin təkcə bir rekord qırmaqdan ibarət olmadığını, həm də gələcəkdə texnoloji inkişaflara səbəb olacağını bildirir. Superkeçiricilər, kvant materialları yeni nəsil enerji sistemləri kimi sahələrdə aparılacaq tədqiqatlar üçün kritik əhəmiyyət kəsb edən bu texnologiya, Çinin elmi infrastrukturunun gəldiyi səviyyəni də ortaya qoyur.
    Paylaş