
Çin, saatda 1000 km sürətə çata bilən dünyanın ən sürətli qatarını sınaqdan keçirməyə başlayıb!
Elm & Texnologiya
08.08.2024
Aslan
Çin, yeni layihələrlə sərhədləri aşmağa davam edir. Belə ki, Çin, bir müddətdir inkişaf etdirdiyi ultra yüksək sürətli (UHS) maqlev (iki maqnit klasterinin istifadə edildiyi bir dəmir yolu nəqliyyat sistemidir) qatarının sınaqlarını tamamlayaraq mühüm bir mərhələyə çatıb.
Çində hazırlanmış UHS, aşağı vakuum borulu maqnit levitasiya nəqliyyat sistemi üzrə tam ölçülü sınaq layihəsindən əvvəl sınaqları tamamlayıb. Sınaq aşağı vakuum mühitində 2 km uzunluğunda boru kəmərində superkeçirici maqlev vasitəsi ilə aparılmışdır. Məlumatlara görə, qatar əvvəlcədən müəyyən edilmiş əyriyə uyğun olaraq idarə olunan hərəkət, balanslaşdırılmış asma və təhlükəsiz dayanmada uğurlu olub.

Aparılan sınaqlar onu göstərib ki, nəqliyyat vasitəsinin maksimal sürəti və asma hündürlüyü əvvəlcədən müəyyən edilmiş dəyərlərə uyğundur, eyni zamanda bütün sistemlər normal işləyir və nəqliyyat vasitəsinin hərəkət zolağı nəzəri trayektoriyaya yaxından uyğun gəlir. Sınaq, həmçinin uzun məsafəli, geniş miqyaslı vakuum mühitinin, superkeçirici naviqasiya nəzarətinin və digər əsas texnologiyaların yaradılması və saxlanmasını, eləcə də aşağı vakuum mühitində müxtəlif sistemlər arasında koordinasiyanı və bütün sistemin işini təsdiqləyib.

Çin, 2022-ci ildə UHS maqlev nəqliyyat sisteminin tikintisinə başlayıb. Aviasiya və kosmik texnologiyanı quru dəmir yolu nəqliyyatı texnologiyası ilə birləşdirən sistem, saatda 1000 km sürətə çatmağı hədəfləyir. Sistemin gələcəkdə Çinin meqapolis klasterləri arasında daşımalarda istifadə edilməsi planlaşdırılır. Sistem, uğurlu olduqdan sonra Pekin və Şanxay (təxminən 1200 km) arasındakı səyahət cəmi 1 saat yarıma qədər azaldıla bilər.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
