Logo
    main-post-cover

    Çində insanabənzər robot ictimai aşayişə nəzarət edir

    Elm & Texnologiya
    06.03.2025
    Emil
         Çinin Şençjen şəhərində PM01 adlı humanoid (insanabənzər) robotları polis əməkdaşları ilə birlikdə küçələri patrul etməyə başlayıblar. 1.11 metr boyunda, 32 kq çəkidə olan bu kompakt robot 2 m/s sürətlə hərəkət edə bilir. Robot Intel RealSense kamerası və 24 hərəkət dərəcəsi ilə təchiz edilib ki, bu da onun hərəkətlərini daha hamar və realistik edir. Hazırda test rejimində fəaliyyət göstərsə də, Çin ümumilikdə robot texnologiyalarının hüquq-mühafizə sisteminə inteqrasiyasına fəal şəkildə irəliləyir. PM01 humanoid robotları hələ məhdud rejimdə işləsə də, Şençjen polisi üçün patrul işində dəstək verir və əməkdaşların yükünü azaldır.
         Yayımlanmış videoda robotun işıq əks etdirən jilet geyinərək polislərlə yanaşı hərəkət etdiyi, ətrafdakılara əl sıxdığı, səsli əmrlərə cavab verdiyi və insanlara əl yellədiyi görünür. PM01 robotu 320 dərəcə fırlana bilən gövdə, insan hərəkətlərini təqlid edən bionik dizayn və interaktiv ekran ilə təchiz edilib. Onun korpusu alüminium ərintisindən hazırlanıb. PM01, flaqman modeli SE01-dən 8 kq daha yüngül və 27 sm daha qısadır. Müqayisə üçün, SE01-in boyu 1.38 metr, çəkisi isə 40 kq-dır. Robot 2 m/s sürətlə yeriyə bilir və asanlıqla çıxarıla bilən batareyası ilə 2 saata qədər işləmə müddəti təmin edir.
         24 hərəkət dərəcəsinə malik olan PM01, hamar və dinamik hərəkətlər edə bilir. Oynaq hissələrindəki 12 hərəkət dərəcəsi isə robota mürəkkəb tapşırıqları çevik şəkildə yerinə yetirmək imkanı verir. Robot təkmilləşdirilmiş vizual qavrayış üçün Intel RealSense kamerası ilə təchiz edilib. Intel N97NVIDIA Jetson Orin prosessorları ilə işləyən iki çipli arxitektura yüksək performans təmin edir. Robotun biznes və təhsil üçün nəzərdə tutulmuş versiyaları təxminən 12 000$ dəyərindədir ki, bu da Unitree G1 humanoidindən daha ucuzdur. Açıq kod dəstəyi sayəsində tərtibatçılar robotun funksiyalarını genişləndirə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-radioaktiv-tullantilardan-atom-batareyasi-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar

    Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması.
    dunyada-ilk-defe-insan-beyin-huceyrelerine-esaslanan-biokomputer-teqdim-edilib
    Elm & Texnologiya

    Dünyada ilk dəfə insan beyin hüceyrələrinə əsaslanan biokompüter təqdim edilib

    Avstraliyanın Cortical Labs şirkəti dünyada ilk dəfə insan neyronları ilə silisium çiplərini birləşdirən kommersiya məqsədli "bioloji kompüter" - CL1-i təqdim edib.
    google-internetin-isiq-sualari-ile-hava-uzerinden-oturulmesi-texnologiyasini-yaradib
    Elm & Texnologiya

    Google internetin işıq şüaları ilə hava üzərindən ötürülməsi texnologiyasını yaradıb

    Alphabet holdinqinin (Google-un ana şirkəti) X bölməsi hava vasitəsilə naqilsiz internet yaymaq üçün inqilabi foton çipi üzərində işlədiyini açıqlayıb. İşıq körpülər (light bridges) bir-birindən 1 km məsafədə qurulur və 10 Gbit/s sürətində internet bağlantısı təmin edir.
    alimler-hem-berk-hem-elastik-hetta-su-kimi-axici-ola-bilen-mikrorobotlar-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilən mikrorobotlar hazırlayıblar

    ABŞ-dan olan alimlər dəyişkən xüsusiyyətlərə malik materialı imitasiya edən mikrorobotlar yaradıblar - bu material həm bərk, həm elastik, hətta su kimi axıcı ola bilər.
    cinliler-robotlara-seher-muhitinde-doyus-aparmagi-oyredirler
    Elm & Texnologiya

    Çinlilər robotlara şəhər mühitində döyüş aparmağı öyrədirlər

    Çin hərbi mühəndisləri döyüş meydanında avtonom robotların imkanlarını öyrənməyə davam edərək, onları həcmli partlayıcı sursatlarla təchiz ediblər və PUA-larla birlikdə təlimlərə göndəriblər.