Çinli tədqiqatçılar, kəsildikdə belə çalışa bilən batareyalar hazırlayıblar!
Elm & Texnologiya
16.09.2024
Farid Pardashunas
Çin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları, kəsildikdə belə çalışa bilən litium-kükürdlü (Li-S) batareya prototipi hazırlayıblar.
Litium kükürdlü batareyalar, kükürdün təbiətdə bol olması, ucuz olması, yüksək enerji sıxlığı kimi üstünlükləri olan və hazırda inkişaf mərhələsində olan bir batareya növüdür. Lakin aşağı dövriyyə ömrü, aşağı performans və anod kimi litium metalı istifadə edildikdə yaranan təhlükəsizlik problemləri kimi mənfi cəhətləri də var. Elm adamları, daha əvvəl litium-kükürdlü batareyaları yüksək temperaturda sabitləşdirmək üçün dəmir sulfid və litium metaldan hazırlanmış elektrodları ayıra bilən karbonat əsaslı elektrolitdən istifadə etməyi təklif etmişdilər. Lakin katoddan gələn kükürd, elektrolitdə həll olaraq parçalanmayan bir çöküntü yaradır və bunun hüceyrənin tutumunu azaltdığı müşahidə olunub.
Bu problemi həll etməyə çalışan Liping Wang-ın rəhbərlik etdiyi tədqiqat qrupu, hüceyrənin doldurulma qabiliyyətinə təsir etmədən kükürdün həllini minimuma endirmək üçün katod və elektrolit arasında başqa bir təbəqə əlavə etməyi təklif edib. Çoxsaylı materiallarla təcrübə apardıqdan sonra komanda, poliakrilik turşunun (PAA) ən yaxşı seçim olduğunu aşkar edib, çünki o, 300 yükləmə-boşaltma dövründən sonra boşalma qabiliyyətini qoruyub, saxlaya bilir. Tədqiqatçılar daha sonra, PAA örtüklü dəmir sulfid katodu, karbonat elektroliti və qrafit əsaslı anoddan ibarət kisə (pouch) və düymə tipli batareya prototipləri hazırlayıblar. Tədqiqat qrupu, 100-dən çox şarj və boşalma dövründən sonra iki qatlandıqda və ya kəsildikdə belə, kisə hüceyrəsində heç bir zədələnmə olmadığını aşkar edib. Düymə tipli hüceyrənin isə 300 yükləmə-boşaltma dövründən sonra orijinal tutumunun 72%-ni qoruduğu müəyyən edilib.
Wang, bu təəccüblü vəziyyəti belə izah edir: "Bu, yəqin ki, mexaniki qırılmaya baxmayaraq ion və elektron axınına imkan verən möhkəm və elastik bir bağlayıcı sistemdən və ya struktur dizaynından qaynaqlanır. Dövrə, kəsik səbəbindən keçirici yollar tamamilə kəsilmədiyi üçün funksiyasını davam etdirir". Tədqiqatçılar, daha sonra örtüyü litium-molibden və litium-vanadium batareyalarının katodlarına tətbiq ediblər. Wang bildirir ki, batareyalar kommersiya istifadəsinə keçərsə, yüksək enerji sıxlığı və davamlılığın vacib olduğu yerlərdə istifadə oluna bilərlər.
Linki kopyala
lithium-sulfur battery
li-s battery
elmi xeber
battery
Scientific news
science
science news
elmi xeberler
batareya
litium-kükürd batareya
Bənzər xəbərlər
Oxşar xəbərlər
Böyük Britaniyada dünyanın ən böyük qaranlıq maddə detektoru tikiləcək!
Böyük Britaniyada dünyanın ən böyük qaranlıq maddə detektoru tikiləcək!
Kainatın kütləsinin 85%-ni təşkil etdiyi güman edilən, lakin hələ aşkar edilə bilməyən qaranlıq maddə hissəciklərini aşkar etmək üçün Böyük Britaniyada dünyanın ən böyük hissəcik detektoru qurulacaq
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
Elm adamları, NASA-nın 2 missiyası tərəfindən yarım əsr aralıqla çəkilmiş şəkilləri müqayisə edərək Yupiterin peyki Io-da nəhəng yeni aktiv vulkan aşkar ediblər.
Alimlər, isti şəraitdə özünü soyuda bilən robot geyim hazırlayıblar!
Alimlər, isti şəraitdə özünü soyuda bilən robot geyim hazırlayıblar!
Hong Kong Politeknik Universitetinin (PolyU) tədqiqatçıları, həddindən artıq isti şəraitdə çalışanlar üçün inqilabi bir texnologiya hazırlayıblar: Ətraf mühitin temperaturuna avtomatik uyğunlaşa bilən, nəfəs alan və istilik izolyasiyalı yumşaq robotik geyim.
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki superkütləli qara dəlik olan Sgr A*-nın 9 milyard il əvvəl qalaktikaların birləşməsindən əmələ gəldiyi aşkar edilib.
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Son illərdə antibiotik müqavimətinin sürətlə artması bakterial infeksiyaların müalicəsini çətinləşdirir, bu da xəstəliklərin yayılma riskini, ağır xəstəlikləri və ölüm hallarını artırır. Bir zamanlar möcüzə dərman hesab edilən antibiotiklər, bakteriyaların davamlı olaraq təkamül etməsi nəticəsində təsirini itirməyə başlayıb və elm adamları, bu problemə həll yolu axtarırlar.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!