Çinlilər dünyada ilk dəfə insan kimi yeriyə bilən robot hazırlayıblar!
Elm & Texnologiya
29.10.2024
Farid Pardashunas
İnsanabənzər robotlar elmi fantastikadan real dünyaya keçir. Çinli Zhongqing Robotics, SE01 robotu ilə dünyanın ilk insanabənzər yeriyən robotunu hazırlayıb.
Çinli robot istehsalçısı Zhongqing Robotics, SE01 adlandırdığı ilk insan ölçüsündə robotunu təqdim edib. 170 sm boyunda və 55 kq ağırlığında olan SE01, 32 birləşmə nöqtəsi və maksimum 330Nm fırlanma anı hasil edən oynaqları ilə böyük maraq oyadıb. Zhongqing, SE01-in çömbəlmə, qolları ilə idman hərəkətləri etmə, dairə cızaraq yerimə, tutma, qaçma və tullanma kimi real insan hərəkətlərini yerinə yetirə bildiyini qeyd edib. Robot saniyədə 2 metr sürətlə yeriyə bilir. Şirkət, SE01-in təlim alqoritmləri ilə təbii yerişi öyrənən dünyadakı ilk robot olduğunu iddia edir.
Hərəkət imkanlarından əlavə, SE01 çevik güc nəzarətindən istifadə edən robotik iki qollu sistemi ilə sənaye tətbiqləri üçün uyğun olacaq. Qolların 10 ildən çox xidmət müddətinə malik olduğu bildirilir. Robotun gövdəsi, davamlılıq üçün aerokosmik alüminium ərintisindən hazırlanıb.
Bu sahədə Tesla-nın Optimus layihəsinin diqqət çəkdiyini qeyd etmək lazımdır. İlk dəfə 2021-ci ildə Musk tərəfindən elan edilən layihə, rəqs xüsusiyyəti ilə məşhurlaşmışdı. Daha sonra 2022-ci ildə yerişi göstərilən robot ən son olaraq daş, qayçı, kağız oyunu oynaya bilirdi. Dəqiq qiymət hələ açıqlanmasa da, Zhongqing, SE01-in qiymətini 20-30 min dollar arasında təyin etməyi planlaşdırır. Şirkət, 2025-ci ilə qədər ildə 1000-dən çox robot istehsal etməklə böyüməyi hədəfləyir.
Linki kopyala
humanoid robot
zhongqing robotics
zhongqing
zhongqing robotics se01
se01 robot
robot
robotics
robototexnika
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Connecticut-da çalışan mühəndislər, lazım gəldikdə öz hissələrini kəsə bilən robot istehsal edə biliblər.
Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!
Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!
Çinli robot şirkəti LimX Dynamics, P1 adlı ikiayaqlı robotunun kommersiya versiyası olan Tron 1-i təqdim edib. Robot, müxtəlif növ hərəkətlər üçün 3 dəyişdirilə bilən ayaq ucu ilə birlikdə gəlir.
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə, əşyaların üzərinə dırmaşa və əşyaları daşıya bilən robot əl hazırlanıb.
Hindistanda ürəyi döyünən insanabənzər robot hazırlanıb!
Hindistanda ürəyi döyünən insanabənzər robot hazırlanıb!
Hindistanın Krishna Mühəndislik və Texnologiya İnstitutundan (KIET) bir qrup tələbə və professor, əsasən tullantı hissələrdən hazırladıqları və döyünən ürəyi olan "Anushka" adlı insanabənzər robot ilə texnologiya dünyasında sərhədləri aşıblar.
Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!
Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!
Robotlar indi hərbi fəaliyyətlərdə daha tez-tez istifadə olunmağa başlayır. Ukrayna ilə Rusiya arasındakı müharibə müasir döyüş meydanını ortaya çıxararkən, eyni zamanda robot itlərə də şahidlik edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!