
Çinlilər insanabənzər robotlar sahəsində Tesla və Boston Dynamics-i geridə qoymağa hazırdırlar
Elm & Texnologiya
28.03.2025
Emil
ABŞ-da Tesla və Cənubi Koreyalı investor tapan Boston Dynamics startapı insanabənzər robotlar bazarının potensial liderləri hesab olunurlar. Lakin Çin şirkətləri sürətlə qlobal lider statusuna yaxınlaşır və analitiklərin fikrincə, elektrikli avtomobil bazarındakı uğuru insanabənzər robotlar seqmentində də təkrarlamaq üçün bütün imkanlara malikdirlər. Bu barədə CNBC nəşri ekspert şərhlərinə istinad edir. SemiAnalysis nümayəndələrinin fikrincə, Çin şirkətləri insanabənzər robotların hazırlanması və istehsalı sahəsində belə böyükmiqyaslı uğur əldə etsə, bunun qlobal əmək bazarına təsiri nəhəng ola bilər. Çin istehsalçıları biznes miqyası hesabına xərcləri azalda bilirlər, bu isə xarici rəqiblərin onları bu sahədə üstələmək imkanlarını xeyli məhdudlaşdırır.

Morgan Stanley-nin hesablamalarına görə, insanabənzər bir robotun istehsal maya dəyəri funksional imkanlar və texniki tələblərdən asılı olaraq hazırda 10 000$-dan 300 000$-a qədər dəyişir. Hələ ötən ilin may ayında Çin şirkəti Unitree insanabənzər robotları 16 000$-a təklif etməyə başlamışdı. Morgan Stanley mütəxəssisləri isə Tesla Optimus-un pərakəndə satış qiymətini 20 000$ səviyyəsində qiymətləndirir və bu rəqəmi birbaşa Elon Musk-ın özü də təklif etmişdi. Lakin ekspertlərin fikrincə, Tesla Çin komponent bazasına çıxış olmadan öz insanabənzər robotunun qiymətini bu səviyyədə saxlaya bilməyəcək. Son 5 il ərzində Çinli tərtibatçılar insanabənzər sözünü ehtiva edən 5688 patent qeydiyyatdan keçirib, ABŞ şirkətləri isə cəmi 1483 patentlə kifayətlənib.

Çin avtomobil istehsalçıları insanabənzər robotlar bazarına fəal şəkildə daxil olurlar. Bu sahədə ambisiyalarını artıq Xiaomi, BYD, Chery və XPeng bəyan ediblər. Bundan əlavə, Çində bu sahəyə yönəlmiş çoxsaylı ixtisaslaşmış startaplar da mövcuddur. Morgan Stanley analitiklərinin izahına görə, Çin şirkətlərinə bu sahədə dövlətin də dəstəyi böyük üstünlük verir. Yaxın 3-4 il ərzində insanabənzər robotlar istehsalat sahəsində daha fəal şəkildə istifadə olunmağa başlayacaq, çünki belə mühitlərdə vahid və əvvəlcədən proqnozlaşdırıla bilən şərait yaratmaq daha asandır. Daha sonra bu robotlar məişət və xidmət sahələrinə də daxil olacaqlar. Elə Elon Musk özü də bu il ərzində Optimus robotlarına Tesla müəssisələrində bir sıra əməliyyatları həvalə etməyi planlaşdırır və söhbət minlərlə ədəd robotdan gedir.

Çin avtomobil istehsalçıları da insanabənzər robotları artıq öz müəssisələrində test etməyə başlayıblar. Çin robot istehsalında istifadə olunan komponentlərin təxminən 70%-ni özü təmin etdiyinə görə, istehsal miqyasının sürətlə artması məhsulun maya dəyərini də kəskin şəkildə azaldacaq. Məsələn, Unitree G1 ümumiyyətlə ABŞ mənşəli heç bir komponent istifadə etmir. ABŞ istehsalçıları üçün bu səviyyədə suverenlik hələ ki, əlçatmaz bir hədəfdir. Bank of America proqnozlarına görə, 2030-cu ilə qədər hər il dünyada 1 milyon insanabənzər robot satılacaq və 2060-cı ilə qədər bu tip robotların istismarda olan sayı 3 milyard ədədə çatacaq.
Mənbə: CNBC
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
5 ildən sonra kvant texnologiyalarında əsl sıçrayış baş verə bilər
3 ay əvvəl Google şirkəti kvant sistemlərini genişləndirməyin, kvant səhvlərinin sayında ciddi artım olmadan mümkün olduğunu sübut etdi. Bu, 100 minlərlə, hətta milyonlarla kubit tələb edən həqiqətən praktik kvant kompüterinin yaradılması üçün olan maneələri aradan qaldırır.

Elm & Texnologiya
Əməliyyatsız beyin-kompüter interfeysi sərgilənib
Verilmiş yeni məlumata əsasən NVIDIA GTC 2025 konfransında sahə liderlərinə süni zəka əsaslı az invaziv neyron interfeysinin işi canlı şəkildə nümayiş etdirilib. Nümayişi Synchron şirkəti həyata keçirib. Şirkət iddia edir ki, onun beyin-kompüter interfeysi texnologiyası rəqib layihələrdən, o cümlədən Elon Musk-ın məşhurlaşdırdığı Neuralink-dən üstündür.

Elm & Texnologiya
İnsanabənzər robotlar bir neçə ildən sonra kütləvi hala çevriləcək
Süni zəka sahəsi ilə robototexnika paralel şəkildə inkişaf edir, çünki ikincinin tərəqqi tempi birincidəki uğur səviyyəsindən asılıdır. NVIDIA şirkətinin rəhbəri hesab edir ki, insana əbənzər robotlar istehsalat sahəsində 5 ildən də az bir müddətdə geniş yayılacaq.

Elm & Texnologiya
Yeni texnologiya kənar şəxsləri narahat etmədən qulaqlıqsız musiqi dinləməyə imkan verəcək
Pensilvaniya Dövlət Universitetinin alimləri yalnız müəyyən bir zonada eşidilə bilən “akustik anklavlar” yaratmağa imkan verən yeni bir texnologiya hazırlayıblar.

Elm & Texnologiya
İnsan saçından 10 000 dəfə daha nazik metal material hazırlanıb
Çinli fiziklər metalları yalnız bir neçə atom qalınlığında olan ultranazik təbəqələrə sıxmağın yolunu tapıblar. Bəzi ekspertlər hesab edirlər ki, bu nailiyyət aşağı güclü tranzistorlardan tutmuş yeni nəsil mikrosxemlərə və yüksək həssas detektorlara qədər elektron cihazların istehsal üsulunda inqilab yarada bilər.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
