Logo
    main-post-cover

    Corning Gorilla Glass Armor adlı yeni qoruyucu şüşə nə ilə fərqlənir?

    Elm & Texnologiya
    18.01.2024
    Emil
         Corning şirkəti özünün Gorilla Glass Armor adlı yeni qoruyucu şüşəsini təqdim edib. Sözügedən qoruyucu şüşə artıq Samsung Galaxy S24 smartfonlarının ekranlarında tətbiq edilir. Məlumata əsasən sözügedən ekran qoruyucusu öz yüksək dözümlülüyü ilə seçilir və üstəlik ekrandakı təsvir keyfiyyətini yaxşılaşdırır. Corning şirkəti bildirib ki, adi şüşə ilə müqayisədə Gorilla Glass Armor ekrandakı parıltı səviyyəsini 75% aşağı salır. Bu isə öz növbəsində ekranda mətn formatında əks olunan kontentlərin daha yaxşı oxunmasını və istənilən səviyyədə işıqlandırmaya sahib mühitdə təsvir keyfiyyətinin yüksək qalmasını təmin edir.
         Bu yeni qoruyucu şüşənin zədələnmələrə nə dərəcədə dözümlü olduğunu yoxlamaq üçün şirkət laboratoriya şəraitində Scratch Bot adlı testi keçirib. Bu test smartfondan gündəlik istifadədə yaranan mikro ölçülü cızıqları imitasiya edib. Aparılmış bu test çərçivəsində şirkət mütəxəssisləri Gorilla Glass Armor üzərində heç bir cızıq izi aşkar etməyiblər. Mütəxəssislər qeyd ediblər ki, digər qoruyucu şüşələr ilə müqayisədə Gorilla Glass Armor bu cür zədələnmələrə 4 dəfə daha dözümlüdür. Corning şirkətinin təmsilçiləri bildiriblər ki, bu yeni qoruyucu şüşənin tərkibinin 25%-i təkrar emal edilmiş materiallardan hazırlanıb.
    Paylaş
    Bənzər xəbərlər